Mərkəzi Bank valyuta satışına başladı

  • 08 dek 2015, 22:20

 

Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün mütəşəkkil banklararası bazarda valyuta satışı əməliyyatlarını bərpa edib.

Gün ərzində AMB banklararası valyuta bazarında 58,8 milyon ABŞ dolları satıb.

Qeyd edək ki, AMB son üç həftə ərzində valyuta bazarında ciddi satış həyata keçirməyib. Valyuta satışı bu müddət ərzində əsasən Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən bir neçə kommersiya bankının vasıtəçiliyi ilə baş verib. Bu gün isə ARDNF satışları dayandırıb və AMB yenidən bazardakı fəaliyyətini artırıb.

Xatırladaq ki, dekabrın 1-nə AMB-nin rəsmi valyuta ehtiyatları 6,246 milyard ABŞ dolları təşkil edib.

Demokratik.Az

Oxşar xəbərlər