Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

22:30 - 21.09.2019  
İki maşının pulunu verirsən, amma biri sənin olur – “Qızıldan disk qoyurlar?”
Tarix: 23-04-2019, 20:59 | Bölmə: Xəbərlər » İqtisadiyyat

Azərbaycana hər hansı avtomobil idxal etmək xaricdəki satış qiymətindən iki dəfə baha başa gəlir. Bundan başqa, xaricdən Azərbaycana avtomobil gətirən şəxslər gətirdikləri avtomobilə görə həm ödənilən gömrük rüsümunun çoxluğundan, həm də rüsumdan əlavə pul alınmasından narazılıq edirlər.

İki maşının pulunu verirsən, amma biri sənin olur – “Qızıldan disk qoyurlar?”Problemlə bağlı "Yeni Sabah”a danışan iqtisadçı Natiq Cəfərli qeyd edib ki, əslində avtomobil gömrük rüsumları ilə bağlı Azərbaycanda ciddi bir məntiqsizlik var:

"Çünki gömrük rüsumlarının, aksiz vergilərinin yüksək olduğu yerlər adətən çox böyük avtomobil istehsalçısı olan ölkələr olur. Yəni öz daxili bazarlarını qorumaq, daxili istehsalçılarına dəstək olmaq üçün həmin ölkələr bəlli çərçivədə özlərinə xaricdən avtomobillərin gətirilməsini qarşısını almaq məqsədilə böyük gömrük rüsumları, vergi , aksiz dərəcələri müəyyən edirlər. Azərbaycanda isə belə bir ehtiyac yoxdur. Ölkəmizdə yerli avtomobil istehsalı da mövcud deyil. Neftçaladakı olan zavod isə istehsal deyil, yığımdır. Orda çox az miqdarda – təqribən il ərzində 800-1000 arası avtomobil yığılır. Bu da dövlət ehtiyacları üçündür, demək olar ki, bazara çıxmır. Həmin avtomomobillər dövlət idarələri tərəfindən alınır və bu layihənin rentabelliyi sual altındadır. Ona görə də ümumilikdə Azərbaycana gətirilən avtomobillərlə bağlı yüksək gömrük rüsumlarının, aksiz dərəcələrinin tətbiqi məntiqsizdir”.

N.Cəfərli qeyd edib ki, hökumət bunu ekoloji məsələlərlə bağlamaq istəyirsə, məhz buna  görə belə addımlar atdığını söyləyirsə, yenə də anlaşılmazdır:

"Məsələn, dünya ölkələrində belə taktika var ki, hibrid, elektrik avtomobillərə sıfır rüsum, sıfır vergi, sıfır aksiz dərəcəsi tətbiq olunur. Bizdə isə burda da ayrım yoxdur. Hibridlə bağlı ümumiyyətlə heç bir dəyişiklik mövcud deyil. Elektriklə işləyən avtomobillərdə isə, 15 faizlik vergi tətbiq olunur. Azərbaycan hökuməti ekoloji məsələni önə çəkib bu addımı atırsa, heç olmasa ölkədə avtomobil bazarında , parkında yenilənməyə nail olmalıdır. Hibridlə, elektriklə işləyən avtomobillərə üstünlük verilməlidir, onlara təşviq siyasəti həyata keçirilməlidir ki, ekoloji problemlər aradan qalxsın, insanların bu cür avtomobillərə marağı yaransın. Bu zaman ümumiyyətlə gömrüklə əlaqəli problem olmayacaq – sıfır vergi dərəcəsi, gömrük rüsumu tətbiq ediləcəksə. 

İnsanlar sadəcə həmin növ avtomobilləri xaricdən alıb Azərbaycana gətirib rəsmiləşdirməyə pul ödəyəcəklər. Yəni nömrənin alınması, texniki sənədlərin rəsmiləşdirilməsi – bu da çox cüzi bir məbləğdir. Məsələni kökündən həll etmək üçün bu yanaşmaya ehtiyac var. Əgər gömrük keçid məntəqələrində avtomobillərlə bağlı yenidən rüşvət faktorları da baş verirsə - çünki bir ara bu məsələlər doğrudan da yığışdırılmışdı – bu, problemin daha da dərin olduğunu göstərir. Mütləq bu məsələlər ciddi araşdırılmalı və problemlər aradan qaldırılmalıdır. Çünki gömrük, vergi sahəsində şəffaflıq olmazsa, Azərbaycanda iqtisadi inkişaf da olmayacaq”.

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert  Elməddin Muradlı "Yeni Sabah”a danışarkən gömrük rüsumlarına yenidən baxılmasının tərəfdarı olduğunu deyib:

"Çünki bu günki qiymətlər heç də reallığı əks etdirmir. Nə qədər şəffaflıqdan danışılsa belə, avtomobil idxalı ilə bağlı hələ də problemlər qalır. Vətəndaşlar etiraz edirlər, haqlı olduqlarını sübut etməyə çalışırlar. Dövlət Gömrük Komitəsi isə özünə haqq qazandırmaq məqsədilə məlumat yayır, hər dəfə də mətbuat günahkar olur. 

Ölkə prezidenti dekabrın 27-də elektromobillərin, hibrid avtomobillərin ölkəyə gətirilməsini, eləcə də köhnə avtomobillərin istismarının yığışdırılmasını, avtomobil qarajının yenilənməsini stimullaşdırmaq üçün sərəncam verir, dövlət proqramı təsdiqləyir. Üç gündən sonra – yanvarın 1-i Gömrük Komitəsi rüsumları qaldırır. Bu nə deməkdir? Məlum məsələdir ki, köhnə avtomobilini 1000 manata satan adam gedib Gürcüstandan borcla-xərclə 3000 manata maşın alacaq, gətirib 5000 manat da Gömrük Komitəsinə verib onu burda qeydiyyatdan keçirmək məcburiyyətində qalacaq. Buna da onun imkanı yoxdur. Min manata köhnə maşınını satan adam uzaqbaşı 3 minə maşın ala bilər. Azərbaycanda  da 3 minə ancaq Rusiya istehsalı olan, 80-90-cı illərin maşınlarını almaq olar. 

Amma Gürcüstanda 3 minə Bakıda gördüyünüz ən gözəl maşınlardan birini ala bilərsiniz. Lakin o maşını Azərbaycana gətirəndə hansı qiymətə gəlib çıxır – bəla budur. 

Gürcüstan dünyanın o biri başında yerləşmir, havasında-suyunda qeyri-adi heç nə yoxdur. Gürcüstan enerji təhlükəsizliyi baxımından Azərbaycandan asılıdır, yanacağı, qazı bizdən alır, ərazisi bizdən 2-3 dəfəyə yaxın kiçikdir. Yaxşı, necə olur ki, bu maşın Gürcüstana 3 min manata gəlib çıxır.  

Təsəvvür edin, bu Avropadan, Asiyadan, digər ölkələrdən gəlib. Hələ gürcü bunun üstünə pul qoyub satır. Yaxşı, bu maşın niyə Azərbaycana 8-12 minə gəlib çıxır? Maşına qızıldan disk təkər qoyurlar, bəlkə sükanı dəyişib brilliant qaşlarla bəzəyirlər? Nə edirlər ki, bu maşın bu qədər bahalaşır? Gömrük Komitəsinin səlahiyyətli şəxsləri  bunu fikirləşsinlər”.

E.Muradlının sözlərinə görə, komitəyə müəyyən səlahiyyətlər də verilməlidir ki, tör-töküntü maşınları Azərbaycana buraxmasınlar:

"Onlara imkan yaratmaq lazımdır ki, sərhəddə həmin  calaq olunmuş, dəfələrlə aşmış, suda batmış maşınları yoxlaya bilsinlər. Yaponiyada, Amerikada baş verən sunamidə batan maşınlar bu gün Azərbaycanda sürülür. Maşınlar yolda getdiyi yerdə yanır. Niyə? Hamısı bunun nəticəsidir. Avropanın məşhur brendlərinin maşınları Azərbaycanda kiçik toqquşma nəticəsində parça-parça olur. Çünki Gürcüstanda onları calaq edirlər. Maşının arxası bir, qabağı da bir başqa maşına aiddir. Calaq edib üstünə boya vururlar, kosmetik dəyişiklik edib burda satırlar. Gömrük Komitəsi bunun qarşısını almalıdır ki, yeriyən tabutları Azərbaycana gətirməsinlər. İnsanlar məcburən gedib elə maşınlar gətirir. Çünki bahalı maşın gətirəndə komitə çox rüsum tələb edir. 

Hər il yanvarın 1-i gömrük rüsumlarını qaldırırlar. Məqsədləri nədir? Maşınların bunlara nə ziyanı var? Köhnə maşınların ixrac etdiyi zəhərli qazı gömrük işçilərinin özü də, ailə üzvləri də udur. Ətraf mühit çirklənirsə, deməli onlara da ziyanı var. Biz təzə maşınların gəlməsini, yenilənməyi istəyirik. Amma siz də puldan ötrü bunun qarşısını alırsınız. Baxırsan, 12-13 adda ödəniş növləri tapıb çıxarırlar. "Bir pəncərə” sistemini prezident tətbiq edib. Siz bunu 13 pəncərə sistemi etmisiniz. Ölkə prezidentinin  idxal edilən yeni avtomobillərlə bağlı göstərişi var. Ödənişlər bir yerdə həyata keçirilir, nömrə də alınır, qeydiyyat prosesi də aparılır və.s. Gömrük kalkulyatorunda hesablayırsan bir rəqəm çıxır, gedirsən orda başqa rəqəm deyirlər. Bunun izahını versinlər. 

Kalkulyatorda çıxan rəqəmlər belə bu günki reallığı əks etdirmir. Başa düşdük, 100-200 minlik maşına yüksək vergi tətbiq edirsən. İmkanlı adamdır, verəcək. Amma 30 minə qədər olan maşınlara imkan yaratmaq lazımdır ki, camaat salamat maşın gətirsin. Artıq 2015-ci ildən bu günə qədər ölkəyə gətirilən ikinci əl avtomobillərin sayı əvvəlki illərlə müqayisədə çox cüzidir. Təsəvvür edin, Bakıda elə bərkgedən avtosalonlar var ki, artıq xaricdən maşın gətirmir, elə yerli avtomobil satır. Çünki xaricdən maşın gətirmək sərf etmir, onlar ancaq gömrüyə işləyirlər. Əziyyət çəkib avtomobil seçirlər, ölkəyə gətirirlər, alıcılıq qabiliyyəti aşağı düşüb deyə ucuz qiymətə satırlar, ortada qazanan Gömrük Komitəsi olur. Bunlardan danışmaq lazımdır. Yoxsa formal bəyanat verməyə, iki gündən bir mətbuatı günahlandırmağa ehtiyac yoxdur”. 

Qeyd edək ki, ötən günlərdə mediada ölkəyə gətirilən avtomobillərin rəsmiləşdirilməsi üçün rüşvət tələb olunması ilə bağlı informasiya yayılmışdı. Yazıda bu haqda şikayət edən şəxs bildirirdi ki, onun Gürcüstandan 8160 manata aldığı maşının rəsmiləşməsi üçün 7500 manat pul tələb olunub. Dövlət Gömrük Komitəsi isə bu məlumatı  "iftira və böhtan dolu, həqiqətə uyğun olmayan məqalə” kimi qiymətləndirib.

Xəbər 878 dəfə oxunub






Oxşar xəbərlər

"İMC" 2-ci “dəyirmi masa”sını Qazaxda keçirib
Şəhid övladı prezidentdən ev istəyir - MÜRACİƏT
ADAU-da təlimlər - yeni subsidiya qaydaları
Zaqatalada fındıq oğruları tutuldu
Şəmkir Regional Meşə Təsərrüfatı İdarəsinin rəisi meşələrə donuz salıb - VİDEO
İsa Qəmbər də Fuad Qəhrəmanlının əməlini pislədi
Rəsul Quliyev Əli Kərimlini istefaya çağırdı
Qorxunc həqiqət elm dünyasını silkələdi: Ölüllər qəbirdə hərəkət edir
Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı
Həbs cəzası azaldılan jurnalist yenidən aclığa başladı
İlham Əliyev: "Əsrin kontraktı"nın imzalanması tarixi hadisədir"
Robert Koçaryan zaminə buraxılmadı
İlqar Məmmədov “orta təbəqə var” yazdı - etiraz aldı...
Eldar Mahmudovun “sağ əli” ölkədən çıxmasından danışdı
Prokuror "Qusqa"ya cəza istədi - məhkəmədə gərginlik yaşandı
Ermənistanın xarici işlər və müdafiə nazirləri istefa verəcək
Elinanı kimlər şantaj edirmiş? - Məhkəmədən
Fövqəlnazirimiz ABŞ səfiri ilə görüşdü
Quba polisi qızıl oğrusu tutub
MTRŞ-nın yeni Aparat rəhbəri kim olacaq?
Bank Respublikadan onlayn kreditlərə 10% endirim
Novella Cəfəroğlu: “Cəmiyyət sülhə hazır deyil”
Davudoğlunun “sağ qolu” AKP-dən istefa verib
“Eldar Mahmudov ölkədən çıxıb və qayıdıb” - iddialar və şok sirlər
İsrail seçkilərinin pərdəarxası - nələr dəyişəcək?
Cəmil Həsənli radikal müxalifətin əsl üzü - VİDEO
Ruhun şad olsun Üzeyir bəy!
Moskvada polis rüşvətə görə həmkarlarını güllələdi
Azərbaycanda xanım müğənni qəzada öldü
Tramp və Zelenski görüşü barədə xəbər təsdiqlənib
PSJ “Real”ı 3 qolla məğlub edib
Nazir direktoru işdən çıxardı
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır
Bu gün Milli Musiqi Günüdür
Səudiyyə hücumların qarşısında niyə ACİZ QALDI?
ABŞ İrana cavab zərbəsi endirməyi təklif edib!
Gülnarə Kərimova yoxa çıxıb
“Harya eydirsən, ayə”ni bəyənirdin axı, a bəy...
Müxalifətin bitməyən “ana” qovğası
Bakıda Fukusima kimi “qəza” - yaponlar Abutalıbova demişdilər ki...
TƏDBİR! Mətbuat Klubu öz işini bərpa edir - VİDEO
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı
Azərbaycanda kredit təşkilatı satılıb
Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını da yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”
General Vaqif Axundovun AD GÜNÜNƏ - TƏBRİK!
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev və xanımı 300 saylı məktəbin açılışda
Şumaxer müalicə kursundan sonra Fransanı tərk edib

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.28915] initstartout [0.00025] initstartin [0.00142] calstart [0.01824] calend [0.00099] topnewsend [0.00872] rsssend [0.00000] ehgend [0.01376] tagsstart [0.00126] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.24443]