Dövlət Gömrük Komitəsi: Bəzi KİV-lərdə Aydın Əliyevin fikirləri yanlış şərh olunub (VİDEO)

  • 31 mart 2016, 21:23
Dövlət Gömrük Komitəsi (DGK) martın 30-da Türkiyə Sənayeçi və İşadamları Beynəlxalq Cəmiyyətinin Bakı şəhərindəki ofisində sahibkarlarla Komitə rəhbərliyi arasında keçirilən görüşdə DGK-nin sədri Aydın Əliyevin fikirləri yanlış şərh olunması ilə bağlı açıqlama yayıb.
 
Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən "APA-Economics”ə daxil olan açıqlamada bildirilib ki, martın 30-da Türkiyə Sənayeçi və İşadamları Beynəlxalq Cəmiyyətinin Bakı şəhərindəki ofisində sahibkarlarla Dövlət Gömrük Komitəsi rəhbərliyi arasında keçirilən görüşlə bağlı bəzi kütləvi informasiya vasitələrində yayımlanan xəbərlərdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin fikirləri yanlış şərh olunaraq "bəzi yerli malların vergi, rüsumlarının azaldılması ilə bağlı təkliflər hazırlanıb hökumətə təqdim olunub”  kimi açıqlama verdiyi iddia olunub.
 
"DGK sədri Aydın Əliyev verilən təkliflərlə bağlı qeyd edib ki, Dövlət Gömrük Komitəsi  yerli istehsalı qorumaq və inkişaf etdirmək məqsədilə Azərbaycanda istehsal edilən məhsullar üçün nəzərdə tutulan xammalın gömrük vergi və rüsumlarının azaldılması, ölkədə istehsal olunan, lakin xaricdən gətirilən eyniadlı məhsullar üçün isə gömrük vergi və rüsumlarının artırılması barədə təkliflərini hazırlayaraq hökumətə təqdim edib”, - deyə açıqlamada vurğulanıb.
 
Dövlət Gömrük Komitəsinin saytında A.Əliyevin həmin tədbirdə səsləndirdiyi fikirlərin video görüntüləri təqdim edilib.
 
Demokratik.Az
Oxşar xəbərlər