Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

12:32 - 19.08.2019  
Bankların kredit faizləri gündəmdədir
Tarix: 15-04-2019, 09:08 | Bölmə: Xəbərlər » İqtisadiyyat

İqtisadçılar kredit faizlərini inzibati yolla tənzimləməyi məsləhət görmürlər, bəs çıxış yolu nədir?

Bankların kredit faizləri gündəmdədirHazırda ölkənin iqtisadi gündəmində müzakirə edilən əsas problemlərdən biri də kredit faizlərinin həddindən artıq yüksək olmasıdır. Məlumata görə, Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanda kreditlər üzrə orta faiz dərəcəsini azaltmaq istiqamətində təkliflər hazırlayır və hazırda proses müzakirə mərhələsindədir. Qeyd edək ki, Azərbaycanda kredit faizləri həddindən artıq yüksəkdir, halbuki depozit faizləri çox kiçik rəqəmlərlə ölçülür. Banklar vətəndaşlardan manat üzrə 7, dollar üzrə 1 faiz ətrafında götürdükləri depozitləri digər vətəndaşlara manatla kreditlər üzrə 30 faizlə, xarici valyuta üzrə  kreditləri 12-16 faizlə təklif edirlər. Bu kəskin fərqdən isə yalnız banklar qazanclı çıxırlar.

İqtisadçı ekspert Vüqar Bayramovun açıqlamasına görə, Azərbaycanda kredit portfelinin həcmi 12 milyard manatdan bir az artıq, depozit portfeli isə 8 milyard manatdır. Bu, o deməkdir ki, depozit portfeli kredit portfelinin 65 faizini təşkil edir. Yəni hər 100 manatın 65 manatı məhz depozit hesabına verilir. Yəni  banklar bir vətəndaşdan vəsaiti cəlb edib, bəzi hallarda digər vətəndaşa 5-6 dəfə baha qiymətə təklif edir. Bu baxımdan faizlərin tənzimlənməsi çox vacibdir".

Ekspertlər hesab edirlər ki, kredit faizlərinin inzibati yolla tənzimlənməsi əks effekt verə bilər, bu baxımdan daha çox rəqabətin gücləndirilməsi amili önə çəkilir.

Bayramovun fikrincə, bank sektorunda rəqabətin gücləndirilməsi, bankların likvidliyinin artırılması və sağlamlaşdırılması, idarəetməsinin formalaşdırılması istiqamətində fəaliyyətlər güclənərsə, bu praktik olaraq kredit

İqtisadçı ekspert Natiq Cəfərli də "Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, bu məsələnin inzibati yolla həlli mümkün deyil: "Hökumət belə bir qərar versə, bir müddət sonra fəsadlarla qarşılaşa bilərik. Bu fəsadları biz bankların kredit vermə həvəsinin azalmasında görə bilərik ki, son nəticədə, iqtisadiyyatda kredit resurslarının kütləvi şəkildə azalmasına səbəb olacaq. Banklar artıq maliyyə aləti kimi Mərkəzi Bankın qısamüddətli notlarını alaraq, qazanc əldə etməyə çalışacaqlar. Çünki bunlar dayanıqlı bir gəlir mənbəyidir”.

İqtisadçının sözlərinə görə, banklara aşağı kredit faizləri diktə edilərsə, bu kredit portfelinin də kəskin azalmasına səbəb ola bilər: "Əgər  kredit faizlərinin hansı koridorda olması banklara diktə olunsa, o zaman banklar bu diktəyə baş əysələr belə, bir müddət sonra maliyyə dayanıqlıqları azala bilər. Məcburən depozit faizlərini daha aşağı sala bilərlər ki, bu da  insanlarda Azərbaycan banklarına olan  inamı bir qədər də zəiflədəcək. Bu da banklardan depozitlərin çəkilməsinə  və xarici banklarda daha sərfəli şərtlərlə yerləşdirilməsinə səbəb ola bilər”.

N.Cəfərli vurğuladı ki, rəqabətli mühit yaradılmasa, dayanıqlı bank sektorunun inkişafı mümkün deyil: "Bunun yolları həm Mərkəzi Bankın uçot dərəcəsinin aşağı salınması ilə ölkə iqtisadiyyatında likvidliyin artması, ikinci  yol isə xarici bankların birbaşa  Azərbaycan bazarına daxil olaraq rəqabətli şəkildə işləməsidir. Problemin  iqtisadi yolla tənzimlənəsi üsulları bunlardır. Əgər hökumət inzibati yolla kredit faizlərini tənzimləməyə qərar versə, bu orta və uzunmüddətli dövrdə bank sektorunun çox böyük fəsadlarla qarşılaşmalı olacaq. Ona görə də, kredit faizlərinin tənzimlənməsinin iqtisadi üsulları tapılmalıdır. Bunun  yolu da rəqabətdən keçir”.

Natiq Cəfərli də hesab edir ki, Azərbaycanda kredit faizləri çox yüksəkdir: "Ancaq bu səbəb deyil, nəticədir. Səbəblər başqadır, həm Mərkəzi Bankın düzgün siyasət aparmamasının, uçot dərəcəsi ilə bank kreditləri ilə bağlılığın olmamasının nəticəsidir. Dünyanın hər yerində uçot dərəcəsi ilə kredit faizləri arasında bir orqanik bağ olur. Azərbaycanda bu bağ qopub, Mərkəzi Bank tənzimləmə funksiyalarını normal yerinə yetirə bilmir. Ona görə də, faizlərin yüksək olması normal haldır. Rəqabətsizlik mühitinin olmaması da buna münbit şərait yaradır. Bank sektoru çox dar çərçivədə bir neçə qrupun əlindədir.

Burada rəqabət olmadığından faiz dərəcələri yüksək olaraq qalır. Digər tərəfdən faizlərin yüksək olmasına rəğmən insanlar kreditlərdən istifadə edirlərsə, tələbat varsa, deməli iqtisadiyyatda nələrsə düzgün getmir. Ola bilməz ki, Azərbaycanda  faiz dərəcələri 25-30 faiz olsun, ancaq rəsmi inflyasiya 2 faiz olsun. Deməli Azərbaycan iqtisadiyyatının ciddi struktur problemləri var ki, belə disbalans yaranır. Təkcə bank sektoru ilə iş bitmir. Bütün iqtisadi münasibətlərin və oyunçuların yenidən tənzimlənməsi lazımdır ki, bank sektoru da normal qaydada inkişaf etsin və fəaliyyət göstərə bilsin. Bunun da yolu rəqabətdən və xarici bankları Azərbaycana birbaşa girişinin təmin olunmasından keçir”.

Nərgiz LİFTİYEVA,
"Yeni Müsavat”

Xəbər 904 dəfə oxunub






Oxşar xəbərlər

MTN SABİQ NAZİRİ NECƏ HƏBS EDİB?
Parkinqə görə pul ödəyən sürücü cərimələndi – VİDEO
Sakit Okeanda 5,9 bal gücündə zəlzələ olub ₽
Danimarkanın baş naziri: “Qrenlandiya satılmır”
Yezidi kürdlərin lideri: “Azərbaycan nə istəyir Qarabağdan?”
Deputat İqbal Məmmədov obyektinə gələn vergi işçilərini döydürdü – “Basın bayıra ə…” – ŞOK VİDEO
Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
BDU BP ilə əməkdaşlıq sazişi imzaladı
"İranlı Mühacirlər Cəmiyyəti" mərhum Valeh Quluzadədən NEKROLOQ yazdı
Qusarda turisti taksi sürücüsü soyubmuş
Deputat İqbal Məmmədovla bağlı heyrətamiz və şok iddialar
Sərkar bələdiyyəsi torpaqları "EMMA"-ya necə satıb? - ŞİKAYƏT
Vilayət Eyvazovdan yeni təyinatlar
ABŞ-a məxsus PUA Rusiya sərhədlərinə gəldi
“Paşinyan Ermənistanı müharibəyə sürükləyir...”
Nyu-Yorkda təyyarə yaşayış evinin üstünə düşüb
Rəsulzadə gəmisi ilə bağlı qalmaqal davam edir
Putin hakimiyyətini itirir? - ŞƏRH
Əvəz Zeynallı və Vüqar Məmmədov media barədə
ADAU-da yay semestrinin imtahanları keçirilir
Qadınların pir bilib, bez bağladığı ziyarətgah qladiatorun qəbri imiş
Dövlət Yol Polisi ləğv edilir? – AÇIQLAMA
Fazil Mustafa: “FETO-çu olan namussuzdur, nakişidir!”
Xaçmaz polisi naməlum qadın aşkar edib
Rəsulzadənin adını daşıyan "GƏMİ OLAYI" böyüyür - Qəsd yoxsa təsadüf ?
Meksika sahillərində güclü zəlzələ qeydə alınıb
Tramp "Twitter"dən Çin liderinə görüş təklif edib
Əli Həziquliyev müxalifətin "payız planı"ndan yazdı
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 27 il keçir
Elçin Alıoğlu medianın aqibətindən danışdı - VİDEO
"Çaşıoğlu" nəşriyyatı cərimələnib
“Stalin mükafatı” – rəhbər öləndən sonra Xruşov onu ləğv edib
Qurban Məmmədov Əli Kərimliyə və Sevinc Osmanqızına elə sözlər dedi ki… - VİDEO
“Qarabağ” – APOEL oyununda insident baş verib
DİN NAZİRİ OLİQARX-POLKOVNİKİ İŞDƏN QOVDU!
Fuad Əliyev Əhməd Orucun yalanını üzə çıxardı - VİDEO
Dünya iqtisadiyyatı təhlükəli fazada: Azərbaycan nə etsin?
Bakıda motosiklet sürmək qadağandır? - DYP niyə reyd keçirir?
Rusiya Təhlükəsizlik Şurasının katibi Paşinyanla görüşüb
Putin "Qəbələ"nin sabiq baş məşqçisini təltif edib
Pedofil milyarder - “Epşteyn işi” Böyük Britaniya krallığını qarışdırdı
Şoumen müxbirin Göygöl Məhkəməsində RƏZİL çıxışı - Səsyazı - "..məni burda döyəcəklər!"
Zakir Həsənov hərbi hospitalın açılışında olub
"Binə" ticarət mərkəzində yanğın olub
ABŞ Türkiyəyə təzyiqi davam etdirsə, itirəcək - Baçev
Mənsimova paxıılığın yeni ucuz ŞOUSU - möhtəkirlik?!
Erməni mediası döyüş postundan qaçan əsgərdən yazdı - (FOTO)
Masallıda yol polisini bıçaqlayıb “X5”-lə qaçdılar (FOTO)
ABŞ-ın ən yaxşı xüsusi təyinatlı hərbçilərindən biri İraqda öldürülüb
Ebola virusuna qarşı 2 effektiv preparat hazırlanıb
Saxta möhürlərdə AXCP və Müsavat izi “Mir Şahinin vaxtı”nda üzə çıxdı - VİDEO
Alimlər 500 yaşlı köpəkbalığı tapdılar
Boliviyada avtobus qəzaya uğrayıb, 11 nəfər ölüb
Ronaldu Zidan haqqında xatirələrini bölüşüb
Qurban bayramı ilə əlaqədar Azərbaycanın məscidlərində bayram namazı qılınır
KXDR yeni növ raket sınağı barədə məlumat yayıb
ETSN: Dənizdə dalğanın hündürlüyü 6 metrə çatıb
Aydın Canıyev: “Azərbaycanda 80 min adam Rusiya Xüsusi Xidmət orqanlarından maaş alır”
Məktəbəqədər təhsilin yeni dövlət standartı təsdiqlənib
AMEA işçilərinin maaşları artırılıb
İkram Rəhimov aclıq edir - O karserə salınıb
Azərbaycanlı jurnalistin Ermənistana səfərindən VİDEOREPORTAJLAR
Gəncə işində 4 nəfər buraxılıb
Şirvanlı sahibkar “Məişət Maye Qaz” QSC-dən şikayətçidir - VİDEOMÜRACİƏT
ADAU-nun tələbələri Kənd Təsərrüfatı Nazirliyində TƏCRÜBƏDƏ
Peşə təhsilindən və Amil Əlilidən ŞOK ŞİKAYƏT - Peşə təhsili müəssisələrində NƏZARƏTSİZLİK ?
Şəki sakini hərbi təqaüd istəyir - MÜRACİƏT
BDU-nun müəllimi oğlunu işə düzəltmək üçün 50 min rüşvət verib – TƏFƏRRÜAT
Azərbaycandan Türkiyəyə qadın “ixrac edən” şirkətlər
Bank sektorunda təhlükəli qayıdış: Baş bankir nədən narahatdır?

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.11104] initstartout [0.00014] initstartin [0.00087] calstart [0.00814] calend [0.00039] topnewsend [0.00278] rsssend [0.00000] ehgend [0.00530] tagsstart [0.00048] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09290]