ABŞ-ın əsas fond indeksləri 0,8 faiz artıb

  • 01 dek 2018, 12:04

Argentinada keçirilən G20 zirvəsi fonunda ABŞ-ın əsas fond indeksləri cümə günü təxminən 0,8 faiz artıb.

"Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə hərracların nəticələri və ekspertlərin rəyləri deməyə əsas verir.

"Dow Jones” sənaye indeksi 0,79% artaraq 25538,46 bəndə, yüksək texnologiya şirkətlərinin səhmləri üzrə ixtisaslaşan NASDAQ indeksi 0,79% artaraq 7330,54 bəndə, S&P 500 geniş bazar indeksi isə 0,82% artaraq 2760,16 bəndə çatıb.

Oxşar xəbərlər