Qızıl 2 dollara yaxın bahalaşıb

  • 10 may 2018, 10:17

Amerika fond bazarında "Dow Jones" indeksi  0,75% - 24 542,54 bəndədək, NASDAQ isə 1,00% - 7 339,91 bəndədək, "S&P 500" 0,97% - 2 697,79 bəndədək bahalaşıb.

 

"APA-Economics" xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 1,28% - 7 662,52 bəndədək, Almaniya DAX-ı 0,24% - 12 943,06 bəndədək, Fransa CAC-40-ı 0,23% - 5 534,63 bəndədək bahalaşıb.

 

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 1,60 dollar artaraq 1 314,60 dollara, gümüşün unsiyasının qiyməti 0,03 dollar artaraq 16,57 dollara satılıb.

Oxşar xəbərlər