Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

14:46 - 16.07.2018  
Aqrar sektorun dərdi: kredit, sığorta...
Tarix: 28-06-2018, 10:22 | Bölmə: Xəbərlər » İqtisadiyyat

Rəşad Həsənov: ""Ən böyük problemlərdən biri də kənd təsərrüfatı istehsalının çox kiçik hissələrə bölünmüş torpaqlarda həyata keçirilməsidir”

Aqrar sektorun dərdi: kredit, sığorta...Azərbaycanda kənd təsərrüfatının inkişafı ölkə iqtisadiyyatının əsas prioritetlərindən biri elan edilib. Uzun illərdir bu sahəyə dövlət dəstəyinin müxtəlif formaları tətbiq olunur, kənd təsərrüfatı istehsalçılarının dövlət hesabına texnika, toxum, ting, gübrə və pestisidlərlə təminatı həyata keçirilir. Lakin maraqlıdır ki, həyata keçirilən tədbirlərə rəğmən Azərbaycanda kənd təsərrüfatının yetərli inkişafından danışmaq hələ tezdir.

Aqrar sektorun hansı başlıca problemləri var ki, onun inkişafına mane olur?

Sualı cavablandıran iqtisadçı-ekspert Rəşad Həsənovun "Yeni Müsavat”a dediyinə görə, aqrar sektorda çoxsaylı və ciddi problemlər mövcuddur: "Ən böyük problemlərdən biri kənd təsərrüfatı istehsalının çox kiçik hissələrə bölünmüş torpaqlarda həyata keçirilməsidir. Torpaq islahatı nəticəsində torpaqlar kiçik hissələrə bölünərək pay torpağı şəklində əhaliyə paylanıb. İslahatdan sonrakı uzun illər boyu bu torpaqların çoxu istifadəsiz qaldı. Əmək qabiliyyətli əhalinin çoxu neft gəlirləri hesabına icra edilən infrastruktur layihələrində işləyərək dolanmağa başladı. İnsanlar torpaqdan uzaq düşdülər. İndi-indi əhali torpaqdan təyinatı üzrə istifadə etməyə başlayıb. Lakin bunun üçün əksəriyyətin əlində texnika, ilkin kapital, yüksək məhsuldarlıq əldə etməyə imkan verən bilik və bacarıqlar yoxdur”.

Ekspert bildirir ki, Azərbaycanın kənd təsərrüfatı istehsalçılarının 97 faizi ailə təsərrüfatlarıdır: "İri təsərrüfatların sayı çox azdır. Kiçik təsərrüfatların maliyyə resurslarına çıxış imkanları isə həddindən artıq aşağıdır. Onlar bankların təklif etdikləri girov, zaminlik və sair şərtləri ödəyə bilmirlər. Beynəlxalq təşkilatlar tərəfindən müəyyən layihələr icra edilirdi, banklar vasitəsilə aqrar istehsalçılar üçün kreditləşmə işləri aparılırdı. Lakin bu məbləğlər sektorda inkişafa nail olmaq üçün yetərli deyil. Son zamanlar bu sahədə müəyyən işlər görülüb: daşınar əmlakın girovluğuna dair qanunvericilik hazırlanıb, Kredit Zəmanət Fondu yaradılıb. Kooperativlərin yaradılması prosesinin sürətləndirilməsi üçün ”Kənd təsərrüfatı kooperasiyaları haqqında" qanun qəbul edilib və sair. Lakin bunların  hamısı kağız üzərindədir, icra istiqamətində işlər çox ləng gedir. Məsələn, kənd təsərrüfatı kooperasiyalarının yaranması işi demək olar ki, getmir. Bu da ondan irəli gəlir ki, qanunvericilik kooperativlərdə məsuliyyət bölgüsünün icra mexanizmlərini tam əhatə edə bilmir. Ona görə də insanlar öz təsərrüfatlarını birləşdirmək istəmirlər. Kredit Zəmanət Fondu yalnız məbləği 30 min manatdan yuxarı olan kreditlərə zəmanət verilməsini nəzərdə tutur. Bu isə xırda təsərrüfatların zəmanətli kreditlərə çıxışını əngəlləyir, yaxud da təsərrüfatlar məcburən izafi borclanmaya getməlidilər".

Kənd təsərrüfatı dünyada ən riskli fəaliyyət sahələrindən biridir, təbii iqlim şəraitindən çox asılıdır. Buna görə də dünyada bu sahənin sığortalanması bilavasitə dövlət yardımı, dövlət təşviqi ilə həyata keçirilir: "Azərbaycanda hələ ki dövlət bu sahədə istehsalçılara dəstək verməyib. Uzun illərdir kənd təsərrüfatında effektiv sığorta sisteminin yaradılması ilə bağlı müzakirələr gedir, hələ də ortada real nəticə yoxdur.

Dünya ölkələrinin əksəriyyətində arqar sektor yalnız məhsul istehsalı sahəsi olmayıb, həm də məşğulluğun təminatında mühüm yer tutur. Azərbaycanda hər yüz nəfər məşğul əhalinin 36 nəfəri kənd təsərrüfatındadır. Burada standartlar aşağı, risk dərəcəsi yüksək olanda, mənfəət norması aşağı olanda həyat səviyyəsi üzrə orta göstərici kəskin düşür aşağı. Təsəvvür edin ki, əhalinin 36 faizinin məşğul olduğu sektor ölkənin ən aşağı orta aylıq əmək haqqı olan sahəsidir - 220-230 manat. Təhsil və səhiyyədən sonra 3-cü yerdə gəlir. Mənfəət norması da aşağıdır, çünki intensiv təsərrüfatçılıq Azərbaycanda inkişaf edə bilmədi. Bu günə qədər də məhsul istehsalı daha çox ekstensiv yolla - əkin sahələrinin genişləndirilməsi ilə artırılır. İntensiv istehsal üsulları tətbiq olunmur, əhalinin bu sahədə məlumatlandırılması həyata keçirilmir, yaxud çox zəif keçirilir. Bu gün dədə-baba üsulu ilə deyil, elmi nailiyyətlərə əsaslanan texnologiyalar əsasında qurulmalıdır kənd təsərrüfatı istehsalı. Dünyada bu sahə elmi nailiyyətlərin ən  çox tətbiq edildiyi sahələrdən biridir. Xarici sahibkar gəlib Azərbaycanda yerli fermerlərdən 3-4 dəfə yüksək məhsuldarlıq əldə edir. Çünki yerli sahibkarların təcrübəsi çox aşaıdır, aqrotexniki qaydaları, dərmanlardan necə istifadə etməyi bilmirlər. Yeri gəlmişkən, qeyd edim ki, bu günədək ölkəyə Kənd Təsərrüfatı Nazirliyinin xəttilə gətirilən dərmanların keyfiyyətindən hamı narazılıq edir. Keyfiyyət çox aşağı olur. Hətta fermerlər deyirlər ki, o dərmanlardan istifadə etdikdən sonra əkinlərdə müxtəlif xəstəliklər yaranır. "Aqrolizinq” başdan-ayağa korrupsiyalaşmış bir qurum idi. Kənd təsərrüfatında daha bir problem bu sahəni tənzimləyən qurumların fəaliyyətinin qeyri-effektivliyidir".

Ekspert torpaqların şoranlaşmasını da aqrar sahənin əsas problemlərindən hesab edir: "Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə külli miqdarda vəsait ayrılır, amma ortada real iş yoxdur. Yerlərdə əhali bu qurumdan ciddi narazılıq edir. Kənd təsərrüfatı istehsalçılarının satış bazarlarına çıxışında, məhsul ixracında ciddi problemləri var. Aqrar sektorun inkişafını əngəlləyən bu kimi problemlər aradan qaldırılmayınca ciddi irəliləyiş əldə etmək mümkün olmayacaq”.

Xəbər 842 dəfə oxunub






Oxşar xəbərlər

Müdhiş statistika: 22489 nikah, 6177 boşanma
Rəsmi Tehrandan Gəncə hadisələrinə dair gözlənilən bəyanat...
ADAU-da 1-ci Beynəlxalq Yay Məktəbinə start verildi
DİN həftəsonu baş vermiş cinayət hadisələri ilə bağlı məlumat yaydı
Qərb bölgəsinə yağan yağış fəsadlar yaradıb - FOTOLAR
“Heç kim yaxasını qurtara bilməyəcək” – Ərdoğan
HARIN MƏMUR ÖVLADLARI BAKIDA TUNELİ BAĞLAYIB ŞAMPAN İÇDİLƏR – VİDEO
İngilis nazir seks qalmaqalına görə istefa verdi
İranda Azərbaycana qarşı radikal şiə lideri kimdir? - Başçıya sui-qəsdlə bağlı yeni FAKTLAR
İki qadın insan alverinə görə axtarışa verildi - FOTO
DÇ 2018: FRANSA DÜNYA ÇEMPİONU OLDU
CƏBHƏDƏN: Erməni kəşfiyyat - diversiya qrupu təxribat törədib
Gəncə hadisələrinə görə daha 7 nəfər həbs edildi
Dünya çempionatının qalibi kim olacaq? - bugünün marağı
İbtidai insanın varlığına dair ən qədim dəlillər tapılıb
Gürcüstan parlamenti yeni hökumətə etimad göstərib
Ermənistan silahlı qüvvələri atəşkəsi 87 dəfə pozub
PA-nın şöbə müdiri Gəncə hadisələrindən yazdı
Ərdoğan Putinlə danışdı: Suriya ilə bağlı - Etiraz
Polkovniklərin ordenləri övladlarına təqdim edildi
Elmar Vəliyevin xəstəxanada çəkilən FOTOSU
Türkiyədə qanlı gecə: 2 il keçdi
Emin Ağalarovun toyundan - Fotolar
"Gəncə işi" - yeni həbslər var: iki sayta cinayət işi qaldırıldı
Səmra ombasının erotik fotosunu paylaşdı - FOTO
Ramil Usubov kollegiya iclası keçirir
Bakının 4 təkərli “hamamları”: PROBLEM
“Bu cinayətkarlar müsəlman deyillər...” Prezidentdən Gəncə hadisələrinə qətiyyətli mesajlar
Futbol mündialının üçüncüsü kim olacaq?
FETÖ-nün “Azərbaycan kassası” həbs olundu
“Onun adını “azar” qoydum” - ARAZ ƏLİZADƏYƏ CAVAB
Azərbaycan əhalisinin sayı 9 mln. 929,5 min nəfər
Türkiyədə fövqəladə vəziyyət rejimi ləğv edilir
Şəhid polkovniklər “Azərbaycan Bayrağı” ordenilə təltif olunub - Sərəncam
Səfir: “Türkiyədə də, Azərbaycanda da FETÖ-nün beli qırılıb”
Kılıcdaroğlu Ərdoğana 20 min dollar təzminat ödəyəcək
"Çelsi" klubu Antonio Konte ilə yollarını ayırıb- RƏSMİ
Prezident Gəncə hadisələri ilə bağlı sərt danışdı - VİDEO
Gəncədən “qırğın” reportajı: 26 şəvval 1439-da?
Elşad Miri: Məni Adnan Oktara bağlayan səbəb...
Şənbə günü hava necə olacaq?
İlham Əliyev iranlı nazirlə görüşdü
NATO-dan Bakıya şok dəstək: Tramp-Putin görüşündə də...
Hansı icra başçılarının Gəncəyə "perevod" şansı var? - ADLAR - Söylənti
Ən güclü dövlətlər: Azərbaycan 45-ci yerdə
Gədəbəydə bədbəxt hadisə: Tövlədə yanan şəxs öldü
Saxta və yanlış əlillik təyinatları üzə çıxır - ödənişlər dayandı
Gəncədə Gimnaziyanın xanım direktoru gender bərabərliyini pozur - ŞİKAYƏT
Nikol Paşinyan sərsəmlədi - Azərbaycan XİN cavabladı
İnstaqram istifadəçilərinin sayı 1 milyardı ötdü
Gəncədə polis zabitlərini qətlə yetirən şəxslərdən biri Şəmkirdə məhv edildi - RƏSMİ
“Bu prosesdə gizli və güclü bir əl var” - KXCP sədri
Türkiyənin Harun Yəhyası kimdir? - HAQQINDA
İlin ikinci Günəş tutulması hadisəsi başladı
Çavuşoğlu Paşinyanı təbrik edib - erməni etirafı
“DÇ-2018-in ən yaxşısı Modriçdi” - Baş məşqçi dedi
Yunis Səfərov niyə məhz 3 güllə atıb? - ƏN ÖNƏMLİ FAKT
“Sosial şəbəkələrdə normal adamlar olmur” — Deputat
Səhiyyə Nazirliyi "GENERATOR OVU"na başladı - pul büdcədən silinir?
Lotu Qulinin yeni - Fotosu
Baş prokuror və güc nazirləri Gəncəyə gəldi - OLAYLAR NƏZARƏTDƏ
Gəncədə yaralanan polis danışdı: "Hər şey.." - VİDEO
Adnan Oktarın müridi: "O qızlarla cinsi əlaqədə ola bilmirdi”
Kəlbəcərli girovlardan yeni xəbər
“Bu təxribat dövlətə qarşı terrordur” – DİNİ bəyanat
Prezident bu icra başçılarını və şirkətləri HƏDƏLƏDİ
“Total” şirkəti İranda fəaliyyətini dayandırıb
Aytən Səfərova: "Başqasının ərinə "podxod" etməməlidir"
Oktarın evindən xeyli silah çıxarıldı - FOTO
Gəncəyə 8 il rəhbərlik etmiş icra başçısı danışdı: - Müsahibə

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyul 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.17238] initstartout [0.00019] initstartin [0.00094] calstart [0.01065] calend [0.00062] topnewsend [0.00561] rsssend [0.00000] ehgend [0.02888] tagsstart [0.00068] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.12479]