Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

17:37 - 22.05.2019  
Beynəlxalq Bank yenə qıfıla düşdü - filiallar bağlanır
Tarix: 28-03-2018, 08:36 | Bölmə: Xəbərlər » İqtisadiyyat

Ekspert deyir ki, iki xarici filialın bağlanması bankın onsuz da müsbət olmayan imicinə daha bir zərbə olacaq

Beynəlxalq Bank yenə qıfıla düşdü - filiallar bağlanırAzərbaycan Beynəlxalq Bankının  "ABB-Moskva”  törəməsinin  bu il aprelin 27-dək bağlanacağı gözlənilir. Bu səbəbdən  "ABB-Moskva” bu il martın 20-dən "Təcili” əmanəti üzrə maliyyə vəsaitlərinin cəlb olunması şərtlərini dəyişdirib.

O cümlədən "Universal”, "Elite+” və "Xüsusi” əmanətləri üzrə vəsait cəlbini dayandırıb.

"ABB-Moskva” fəaliyyətinin dayandırılması və bağlanmış filialların müştərilərinin çoxsaylı müraciətlərini nəzərə alaraq əmanət müqavilələrinə vaxtından əvvəl xitam verilməsi üçün güzəştli şərtlər təqdim edib.  "ABB-Moskva” əmanətçilərə əmanətin bütün növləri üzrə müqavilələrə əlavə razılaşma imzalamağı təklif edir. Əlavə razılaşma ilk tələbdə əmanət müqaviləsini dayandırmaq hüququ verməklə əmanətçiyə bankın faizlərlə birlikdə əmanəti tam həcmdə əldə etməyə imkan verəcək", - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, martın 14-də keçirilmiş bankın səhmdarlarının ümumi yığıncağında "Bank ”MBA-Moskva", "ABB-Gürcüstan” və "Biznes-Rabitə” MMC-nin fəaliyyətinin dayandırılması qərara alınıb.

Bəs görəsən, Beynəlxalq Bankın sağlamlaşdırılması prosesi davam edərkən, bu törəmələrinin fəaliyyətinin dayandırılması bankın beynəlxalq imicinə və onun gələcəkdə xarici investorlar hesabına özəlləşdirilməsinə necə təsir göstərəcək?

"Yeni Müsavat”a açıqlamasında bu sualı cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, Beynəlxalq Bankın həm Moskva, həm də Gürcüstan filiallarının bağlanması gözlənilən idi: "Çünki hər iki ölkədə ABB-nin fəaliyyəti ilə bağlı son iki ildə mənfi nəticələr əldə olunmuşdu. Həm də onların rentabelliyi kifayət qədər aşağı düşmüşdü. Əlavə idarə xərcləri yaranmışdı, ofislərin saxlanması, işçilərin maaşlarının ödənilməsi kimi məsələlər hamısı əlavə yük kimi Beynəlxalq Bankın üzərinə düşmüşdü. Ona görə də bankın izafi xərclərinin azaldılması və gələcəkdə özəlləşdirilməyə hazırlanması baxımından həmin ölkələrdə olan aktivlərinin ləğv edilməsi və filialların bağlanması qərarı verildi”.

N.Cəfərli onu da qeyd etdi ki,  bu, sağlamlaşdırma prosesinin tərkib hissəsi olsa da, ümumilikdə bankın imicinə zərbə vuran addımlardan biri kimi də qəbul oluna bilər: "Gələcəkdə bankın özəlləşmə məsələsi gündəmə gəldikcə bu addım beynəlxalq investorlar tərəfindən heç də pozitiv qiymətləndirilməyəcək. Ona görə də Maliyyə Nazirliyi, hökumət  bu addımı atarkən əslində pislə ən pis variant arasında seçim etməli olub. Rentabelli olmayan və izafi xərclər tələb edən bu filialların fəaliyyətinin davam etməsi daha pis variant idi. Digər tərəfdən, bu da pisdir ki, iki xarici filialın bağlanması bankın onsuz da müsbət olmayan imicinə daha bir zərbə olacaq. London Ali Məhkəməsinin qərarından sonra onsuz da bankın imici ciddi zədələnmişdi. Bütün bunlar gələcəkdə ABB-nin özəlləşdirilməsi zamanı xarici investorların marağının azalmasına səbəb ola bilər”.

Beynəlxalq Bank yenə qıfıla düşdü - filiallar bağlanır

İqtisadçının fikrincə, bu addımlar həm də onu göstərir ki, bankın  özəlləşdirilməsi deyilən vaxtda baş tutmaya bilər:"Maliyyə naziri Samir Şərifov qeyd etmişdi ki, bu ilin sonunda bank özəlləşməyə açılacaq. Ancaq  mən hesab edirəm ki, bu elə asanlıqla və tezliklə baş verməyəcək. Ən yaxşı halda özəlləşmə 2020-ci ildə baş tuta bilər. Bu baş tutsa belə, xarici investorların bu prosesdə iştirakı sual altındadır. Bu qədər problemləri və məhkəmə çəkişmələri olan bir banka xarici investorlar tərəfindən maraq göstərilməsi bir qədər müşkül məsələdir”.

İqtisadçı ekspert əmanətçilərin ABB-nin xarici filiallarında olan vəsaitlərinin qaytarılmasında hər hansı problem yaşanacağını ehtimal etmədi: "Belə olan halda məhkəmə çəkişmələri başlaya bilər. Bu banka daha baha başa gələ bilər. Ölkə daxilində bəzən əmanətlərin qaytarılmasını gecikdirirlər, müəyyən problemlər yaşanır. Bu, Azərbaycan  reallığına uyğundur. Ancaq xaricdə belə addım atacaqlarını düşünmürəm. Çünki bu bank üçün daha böyük problem yarada bilər. Məhkəmə çəkişmələri başlayarsa, bank həm əmanətləri qaytarmağa, həm də böyük cərimələr ödəməyə məcbur ola bilər. Bu baxımdan çalışacaqlar  ki, dövlət vəsaiti hesabına da  olsa, tezliklə bu əmanətləri qaytarsınlar və məhkəmə çəkişmələrinə yol açılmasın”. /Yeni Müsavat/

Xəbər 2357 dəfə oxunub






Oxşar xəbərlər

‘Azərbaycanda nəyin qiyməti azalıb?! - Deputat
Generalın həbsdə olan qardaşı azadlığa buraxılıb
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
İcra başçısının birinci müavini vəzifəsindən alındı
Erməni TƏXRİBATI: Qarabağda qondarma respublikaların “futbol çempionatı” keçiriləcək
“Huawei” əməliyyat sisteminin adı məlum oldu
İran yeni hərbi birləşmənin anonsunu verdi
Zaur Əliyev: ““Hayastan” ölkəsi erməni keşişlərin uydurmasıdır"
Sovetski sakinləri Məhkəmədən və Əziz Əzizovdan narazıdır – VİDEO
Mingəçevirdə "Korrupsiya işi" aparılan şəxs vəzifəyə təyin olundu
Suriyada iki raket mərmisi partlayıb
Tehran Universiteti Türk dili bölməsini açmağa hazırdır
Donald Tramp İrlandiyaya səfər edəcək
Nazir müavini: “Diqlasdakı yanğınla bağlı istintaq gedir”
Türkiyə gəmisi atəşə tutuldu, yaralılar var
"RAİ" Fuad Abbasovla bağlı bəyanat yaydı - RƏSMİ
Ağdaşda “Xaş-xaş 2019” - 1 tona yaxın narkotik məhv edildi
Maduro Bakıya gələcək
Blogger Oqtay Şirəliyevlə şəkil çəkdirdi və lağlağı yazdı
Paşinyan “Qarabağ klanın” ittiham etdi
Petro Poroşenkoya cinayət işi açılıb
“Arsenal”ın Mxitaryan adlı “kədəri” və ya yalanın beləsi...
Prezident marketə girib, qiymətlərlə maraqlandı
Əfsanəvi Tu-134 təyyarəsi sonuncu reysini uçub
Hakimlərin sayı 200 nəfər artırılır – Ramiz Rzayev
Fuad Abbasovla bağlı ŞOK İNFORMASİYA - DÖYÜLƏRƏK HƏBS OLUNUB
İsgəndər Həmidov xəstəxanalıq oldu - ÜRƏKTUTMA
Baş yol polisinə qarşı "köhnə yazı" - Generalın "biznes imperiyası"nın siyahısı TƏKRAR yayıldı
Abşeronda bələdiyyə sədri qadının evini 130 minə başqasına satıb – Şikayət
Gəncədə "Xəzər Lada"nın "qoçuları" Qarabağ əlillərini döydü
Gəncə gəncləri ADA Universitetində - Möhtəşəm Gənclər Konfransı
Səhiyyə Nazirliyindən anasına pulsuz müalicə tələb edən etirazçıya cavab
"ABŞ hələlik İranla MÜHARİBƏ etməyəcək" - Osman Nərimanoğlu yazdı
“KÖLGƏ”DƏ GİZLƏDİLƏN MİLYONLAR…
Tacikistanda İŞİD üzvü olmuş məhbuslar qiyam qaldırıb
"Qarabağ" üçün 13 potensial rəqib
"Emin 444"-ün ölümü - Həbs edilən dünya çempionunun ayağındakı bıçaq izi..
Gəncə Təhsil İdarəsinin əməkdaşı itkin düşüb - FOTOSU
Ağ Evin Qarabağ təşəbbüsü: Konqres də qoşula bilər
Şəmkir İcra Hakimiyyətinin yanında inəklərin "PARADI" - Biabırçılıq
Göygöldə məktəb direktoru "qaçqının daxması"na hücum çəkdi - NİYƏSİ + FOTOLAR
Spiker xəstəxanadakı Milli Qəhrəmanı ziyarət etdi
Gəncə-startap günləri başa çatdı
Tacirdən: “Tellinin hər yerini yeyərəm” - Video
Çantada narkotik daşıyan Şəki sakini Balakəndə saxlanılıb
Şvarseneggeri bir təpik vurub yerə yıxdılar - VİDEO
Samuxda orta məktəbə Milli Qəhrəmanın adı verildi
"Oskar"lı aktyor 31 ildən sonra attestat aldı - FOTO
“Mən niyə akademik ola bilmərəm, neyləmişəm ki?…”
İranda qum fırtınası başlayıb
Oqtay Əsədov Zelenskinin andiçmə mərasimində iştirak edəcək
Şəmkirin icra başçısı Dilqəm Əsgərovun oğlunun torpağını əlindən alır ?
Trampın gəlirləri və borcları açıqlandı
Ərdoğanın yaşlı qadınla söhbəti rekord qırdı - VİDEO
Gürcüstanın sabiq prezidenti qaynaqçılıq edir
ADAU-da Gəncə-Startap günləri başldı
Gədəbəydə aptek talayanlar Gəncədə tutuldu
İran raketləri Fars körfəzindəki Amerika gəmilərini hədəfə alıb
"Azərbaycan ABŞ-a 8,2 mlrd dollar investisiya qoyub"
Ceyhun Osmanlıya Avropada vəzifə verildi
Afaq Bəşirqızı məmurlara çağırış etdi: “Siz də ayılın...”
AVF-nin baş katibi dəyişib
Çin TV Azərbaycan haqqında 8 seriyalı film çəkib
Cavid Qurbanovun "İSPAN TAPMACASI" - 22 işçisi olan şirkət tenderin qalibinə necə çevrildi?
Abşeron İHB daha bir jurnalistə qarşı - Məhkəmə İŞİ
Gəncədə körpülər əsaslı təmir olunacaq
Adnan Oktarın həbsxanadan - FOTOLARI
"Emin 444"ün "morqda" çəkilən görüntüləri yayıldı
Atəşkəs rejimi 26 dəfə pozulub
Musabəyovun bağlatdığı popkorn satışı yenidən açıldı

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    May 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.16565] initstartout [0.00015] initstartin [0.00061] calstart [0.00840] calend [0.00045] topnewsend [0.00360] rsssend [0.00000] ehgend [0.00526] tagsstart [0.00063] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.14652]