Neft bahalaşdı

  • 11 may 2017, 09:22
Dünya birjalarında neft bahalaşıb.
 
"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,24 dollar və ya 0,51% artaraq 47,57 dollar təşkil edib.
 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,24 dollar və ya 0,48% artaraq 50,46 dollar olub.
 
Neftin bahalaşmasına ABŞ-da "qara qızıl” ehtiyatlarının azalması səbəb olub. Belə ki, Ötən həftə ABŞ-da neft ehtiyatları 5,247 mln. barel azallaraq 522,525 mln. barel təşkil edib.
 
Demokratik.Az
Oxşar xəbərlər