Neymar Ronaldinyonu keçdi

  • 12 fev 2017, 13:28

"Barselona”nın hücumçusu Neymar dünən "Alaves”lə oyunda (6:0) fərqlənməklə bu komandada 95-ci rəsmi qolunu (169 oyunda) vurub.

Qol.az-ın "Marca”ya istinadən yaydığı xəbərə görə, 25 yaşlı braziliyalı bu qol sayəsində həmyerlisi, Kataloniya klubunda 207 matçda 94 dəfə fərqlənən Ronaldinyonu geridə qoyub.

Qeyd edək ki, Neymar bu mövsüm 18 oyunda 6 qol vurub və 10 qolun ötürməsini verib.

Demokratik.Az

Oxşar xəbərlər