"Barselona" Suaresin maaşını artırır

  • 20 iyul 2016, 19:07
"Barselona" hücumçusu Luis Suaresin maaşını artırmağa hazırlaşır. 

Qol.az-ın "A Bola"ya istinadən verdiyi məlumata görə, artıq rəhbərlik uruqvaylı futbolçunun meneceri ilə danışıqlara başlayıb. 

Kataloniya təmsilçisi Suaresin əmək haqqını klubun digər futbolçusu Neymarın maaşı ilə eyniləşdirmək istəyir. Qısa müddət öncə "Barselona" ilə müqavilə yeniləyən Neymar ilinə 15 milyon avro qazanacaq. Suaresin də braziliyalı futbolçu kimi ilinə 15 milyon avro qazanc əldə edəcəyi gözlənilir. 

Qeyd edək ki, Suaresin "Barselona" ilə olan müqaviləsinin müddəti 2019-cu ildə başa çatacaq.
Oxşar xəbərlər