Netanyahu Ukrayna baş nazirinin İsrailə səfərini əngəllədi

  • 25 dek 2016, 10:12
İsrailin baş naziri Binyamin Netanyahu Ukrayna baş naziri Vladimir Qroysmanın ölkəyə gələn həftə planlaşdırılmış səfərini ləğv edib.     
 
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qərarın verilməsinə səbəb Ukraynanın BMT TŞ-nin İsrailin məskunlaşma proqramına qadağa qoyan qətnaməsini dəstəkləməsi olub.   
 
"Ukrayna BMT TŞ-nin  məskunlaşmaya qarşı qətnaməsini dəstəkləməsinə etiraz əlaməti olaraq, səfəri ləğv etmək qərara alınıb”, - deyə məlumatda bildirilir.
 
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası ötən gün İsraildən Fələstin ərazilərində yaşayış məskənlərinin inşasına son qoymağı tələb edən qətnamə qəbul edilib.
 
Sənəddə həmçinin qeyd edilir ki, tərəflər dinc əhaliyə qarşı zorakılıq aktlarının qarşısını almaq üçün addımlar atmalıdır, Fələstinin yekun statusu ilə bağlı etibarlı danışıqların başlamasına səy göstərməlidirlər.
 
Qətnamənin lehinə Təhlükəsizlik Şurasının 14 üzvü səs verib.
 
İsrail qətnaməni icra etməyəcəyini  bəyan edib.
 
Demokratik.Az
Oxşar xəbərlər