CNN İsraili xəritədən sildi

  • 28 noy 2015, 19:12
ABŞ-ın CNN telekanalı yaydığı bir xəbərində istifadə etdiyi xəritədən İsrailin adını çıxarıb Fələstin yazmağı İsraildə qəzəblə qarşılanıb.

Suriyadakı vətəndaş müharibəsinə dair bir xəritə yayımlayan CNN, xəritədə İsrail ifadəsini işlətmədi, təkcə Fələstini yazdı. CNN-in İsraili xəritədən çıxarması, Netanyahu hökumətinə bağlı İsrail mətbuatının ciddi təpkisi ilə qarşılanıb.

İsrailin baş naziri Binyamin Netanyahuya yaxınlığı ilə tanınan "İsrail Today”  qəzeti, "Bunun CNN-in ilk hərəkəti olmadığını” bildirərək, CNN-i qarşı sərt tənqid edib: 

"Bu CNN-in İsrailə etdiyi ilk düşmənçilik deyil, lakin CNN bu dəfə həddini aşdı. Xəritədən İsraili silmək nə deməkdir? Bu heç cür qəbul edilə bilən bir şey deyil. CNN üzündən dünyanın hər yerindən İsrailə qarşı düşmənçilik artacaq".  

İsrailin bütün bunlara baxmayaraq, o xəritədən silinməyəcəyini iddia edən qəzet qəzəbini açıq-aşkar gizlətməyib: 

"Hər şeyə rəğmən İsraili yox edəməyəcəksiniz, bu səylərin hamısı boşa çıxacaq”.  

 

Demokratik.Az