Demokratik TV
Xəbər lenti
“İdeologiyanız batsın”
- 13 dek 2016, 17:58
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu çexiyalı həmkarı Lubomir Zaoralek ilə görüşüb.
Axar.az xəbər verir ki, görüşdən sonra keçirilən mətbuat konfransında Çavuşoğlu Avropanı sərt tənqid edib. Avropa Birliyi xarici işlər nazirlərinin bu gün keçirəcəyi Türkiyə toplantısına toxunan nazir PKK-nın müdafiə olunduğunu bildirib:
"Çexiyanın terrorla mübarizə mövqeyi dəqiqdir. YPG də Çexiyada ofis açdı, ancaq ofis qısa müddətdən sonra bağlandı. Avropa Parlamentində, Avropa Birliyində, Brüsseldə isə PKK-ya qarşı tolerantlıq nümayiş olunur. İnsanlığa sığmayan hücumlar törədən bir təşkilata belə münasibət göstərilməməlidir. Avropa Parlamentində PKK-ya dəstək verən deputatlar var. Nəyə görə? Eyni ideologiyanı müdafiə edirik. Sizin ideologiyanız batsın. Sən də get dağa. Niyə siyasətlə məşulsan?
Avropa Birliyindən nə gözləyirik? Hər şeydən əvvəl düzgün mövqe sərgiləmək lazımdır. Bizim tərəfimizdə olmaqlarını istəmirik. Doğrunun yanında olsunlar”.
Demokratik.Az
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Rusiya geri addım atdı - Görüşə bilərik
Belçika səfiri PKK-nın aksiyasına görə Türkiyə XİN-ə çağırıldı
"Azərbaycanın məsələsi birbaşa bizim məsələmizdir" - Mövlud Çavuşoğlu
Ərdoğan Kerri görüşündə Fətullah Gülən müzakirəsi - Ankara sərt şəkildə tələb etdi
YAP funksionerindən Çavuşoğlunun çıxışına münasibət:"...heyrətamiz idi"
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti