Türkiyə İraqla viza rejimini sərtləşdirib

  • 07 fev 2016, 13:25
Türkiyə hökuməti İraq vətəndaşlarının ölkəyə gediş-gəlişini yeni qaydada həyata keçirəcəyini bəyan edib.

Bu barədə Ankaranın xarici siyasət idarəsinə istinadən RNS məlumat yayıb.

Bundan sonra iraqlılar Türkiyə ərazisinə yalnız ölkə səfirliklərində verilmiş vizalarla daxil ola biləcəklər. Əvvəllər onlar giriş hüququnu sərhəddə əldə edirdilər.

Ankara bu tədbirlərin qanunsuz miqrasiya ilə mübarizə çərçivəsində görüldüyünü bəyan edib.

Report
Oxşar xəbərlər