İstanbulda həlak olan turistlərin cənazələri Almaniyaya göndərildi

  • 16 yan 2016, 20:23

İstanbulun Sultanahmet meydanında törədilən terror aktı nəticəsində həlak olan 10 Almaniya vətəndaşının cənazəsi Berlinə göndərilib.

"Report" Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, turistlərin cənazələri axşamüstü polis maşınlarının müşayiəti ilə İstanbulun Atatürk hava limanına gətirilib və Almaniyadan göndərilən xüsusi təyyarəyə yüklənərək yola salınıb.

Qeyd edək ki, yanvarın 12-də İstanbulda Sultanahmet meydanında törədilən terror nəticəsində 11 nəfər həyatını itirib, 15 nəfər yaralanıb.

Oxşar xəbərlər