Tacikistanda valyuta mübadiləsi məntəqələri bağlanır

  • 01 dek 2015, 17:51
Tacikistanda bütün valyuta mübadiləsi məntəqələri bağlanır. Novator.az xəbər verir ki, bundan sonra valyuta əməliyyatları yalnız bank xidməti mərkəzləri və filiallarında, maliyyə müəssisələrində, kredit təşkilatlarının baş ofislərində həyata keçiriləcək.

 

Tənzimləyici idarənin qəbul etdiyi xarici valyuta ilə əməliyyatların aparılması qaydasına görə, əməliyyatların digər yerlərdə aparılması qanunsuz hesab olunacaq və valyutanı alan da, satan da məsuliyyətə cəlb olunacaq.

Bundan əvvəl Tacikistan parlamenti məmurların xarici hesablar açmasını qadağan etmişdi.
Oxşar xəbərlər