Xəbər lenti
Bütün xəbərlər

“Valyuta səbətimizdə dolların payı yüksək olaraq qalmaqdadır”

  • 08 noy 2015, 15:29

 

Demokratik.Az xəbər verir ki, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov facebook səhifəsində manatın yaxın gələcəkdəki aqibətini şərh edib. Həmin təhlili oxucuların diqqətinə çatdırırıq:

"Avronun dünya bazarında zəifləməsi manatın da dollara nisbətən dəyərsizləşməsinə gətirib çıxarıb. Belə ki, iki həftə əvvəl rəsmi məzənnədə 1 dollar almaq üçün 1,0475 manat ödəmək lazım idisə, hal-hazırda 1.0498 manatdan keçmək lazımdır. Valyuta dəyişmə məntəqələrində isə 1 dollar üçün 1.056 manat tələb edilir. Mərkəzi Bankın iki valyutalı səbətdən istifadə etməsi avronun dollara məzənnəsi əsasında rəsmi kursu müəyyənləşdirməsinə səbəb olur. Bir müddət öncə dünya bazarında 1avro almaq üçün 1 dollar 14 sent ödəmək lazım idisə indi bu göstərici 1 dollara 7 sentədək azalıb. Deməli, əksər xarici valyutalara nisbətən möhkəmlənən dollar avronu da son günlər sıxışdırmağa başlayıb. Manat-dollar və avro kursları göstərir ki, valyuta səbətimizdə dolların payı yenə də yüksək olaraq qalmaqdadır. Manatın dollara məzənnəsinin dünya valyuta bazarında baş verənlər fonunda dəyişməsinə baxmayaraq, kursun son həftələr müqayisəli azalması dollara tələbi artırıb. Monitorinqlər göstərir ki, son rəsmi məzənnələr valyuta bazarına psixoloji təsir göstərir. Dollara hətta müqayisəli və ya nisbi möhkəmlənsə də belə də manatın azalan məzənnəsi xarici valyutalara tələbi artırır. Aydındır ki, Mərkəzi Bank isə iki valyutalı səbətdən istifadə etdiyi üçün avronun dollara nisbətən kursunun azalmasını rəsmi məzənnədə nəzərə almalıdır. Amma baş bankda bu dəyişikliklərin valyuta bazarına psxiloji təsirlərinin azaldılması üçün də vətəndaşdaların məlumatlandırılmasına ciddi ehtiyac var. Çünkü dünya bazarında avronun məzənnəsində yeni azalmalar müşahidə edilərsə, bu, manatın dollara nisbətən müqayisəli ucuzlaşmasının davam etməsinə gətirib çıxaracaq.

Oxşar xəbərlər