Bəşər Əsədin həyat yoldaşı İngiltərədən siyasi sığınacaq istədi

  • 24 may 2015, 22:27
Suriya diktatoru Bəşər Əsədin  arvadı Əsma Əsəd İngiltərədən sığınacaq almaq istəyir.
"Arabi 21" internet saytı məlumat yayıb.  

Saytın iddiasına görə,  Əsma Əsədin İngiltərədə sığınacaq alması üçün işlər aparılır. Məlumatda Əsma Əsədin bu ölkədə yaşaması üçün, İngiltərə dövlət orqanlarından icazə istədiyi bildirilir.

Saytın yazdığına görə, təhlükəsizlik səbəbindən  Əsma Əsədə ilk  olaraq İrana getmək təklif olunub. Lakin  Əsma Əsəd  İrana deyil, İngiltərəyə getmək istəyib. Bunun səbəbi isə Əsmanın İran mədəniyyətini mənimsəməkdə çətinlik çəkəcəyi və ingilis mədəniyyətinin təsiri altında böyüməsidir. Eyni zamanda Əsma Əsədin atasının  İngiltərə vətəndaşı olması da bu məsələdə rol oynayıb.

Qeyd edək ki, Nusayri inancına  inanan Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd, mənşəyi etibarilə Xumuslu bir sünni ailədəndir . Əsma Əsədin atası Fevaz Ahras, Londonun məşhur tibb mərkəzlərindən  olan  "Cromvell" Xəstəxanasında ürək və damar cərrahiyyəsi mütəxəssisi kimi çalışır. Anası Sahar Ahras isə  pensiyada olan bir diplomatdır . Bəşər Əsədlə Əsma Əsədin 3 uşağı var.
Oxşar xəbərlər