Paşinyanın oğlu İrəvana qaytarıldı - anası danışdı

  • 28 may 2019, 13:43

Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağda hərbi xidmət keçən oğlu İrəvana qayıdıb.

Bu məlumat Ermənistan mətbuatında birmənalı qarşılanmayıb. Mətbuatda bunu baş nazirin oğluna xüsusi imtiyazlar yaradılması ilə izah edənlər olub.

Nəticədə Paşinyanın arvadı Anna Akopyan oğlunun İrəvana gəlməsi səbəblərilə bağlı jurnalistlərin suallarını cavablandırmalı olub.

O, deyib ki, oğlu İrəvana sadəcə, hərbi hazırlıq məqsədilə gətirilib və ona qanunda nəzərdə tutulduğu kimi, yalnız bir günlüyə evə gəlməsinə icazə verilib: "O, Qarabağa qayıdacaq və xidmətini davam etdirəcək. Bizim oğlumuz adi əsgər kimi xidmət keçir və yoldaşlarından heç nə ilə fərqlənmir…”

Qeyd edək ki, erməni mediasında və sosial şəbəkələrdə baş nazirin oğlunun Qarabağdan geri çağırıldığı və İrəvandakı Sovetaşen hərbi hissəsində xidmətini davam etdirdiyinə dair xəbərlər yayılıb.

Oxşar xəbərlər