Demokratik TV
Xəbər lenti
ATƏT sədri bu gün İrəvana səfər edəcək
- 12 mart 2019, 20:21
ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələr aparmaq məqsədilə 12-13 mart tarixlərində İrəvana səfər edəcək.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, səfər çərçivəsində ATƏT-in sədri Ermənistan prezidenti Armen Sarkisyan, baş nazir Nikol Paşinyan, parlamentin sədri Ararat Mirzoyan və XİN rəhbəri Zohrab Mnatsakanyanla görüşlər keçirəcək.
Xatırladaq ki, Miroslav Layçak bir neçə gün əvvəl-martın 5-də Bakıya səfər edərək Azərbaycan rəhbərliyi ilə bir sıra görüşlər keçirmiş və danışıqlar aparmışdı.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
ATƏT sədri Azərbaycana gəldi
ATƏT sədri Azərbaycana səfər edəcək
Nazirlər yenidən Qarabağı müzakirə etdilər
Putinin GİZLİ QARABAĞ PLANI: Sarkisyan oyunda..
Əliyev və Sarkisyan razılğa gəldilər
Azərbaycan və Ermənistan XİN nazirlərinin görüşünün təşkili BARƏDƏ
Məmmədyarov erməni həmkarı ilə görüşəcək
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti