ABŞ eskadra mina gəmisini Qara dənizə göndərib

  • 20 yan 2019, 13:00

ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) "USS Donald Cook" eskadra mina gəmisi Qara dənizə yola düşüb.

"Report” xəbər verir ki, bu barədə ABŞ HDQ-nin altıncı donanmasının mətbuat xidməti məlumat yayıb.

"USS Donald Cook" yanvarın 19-da şimal istiqamətində Dardanel boğazını keçməyə başlayıb, o, dənizdə təhlükəsizliyin təmin olunması, sabitliyin möhkəmləndirilməsi və NATO üzrə müttəfiqlərimiz və regiondakı tərəfdaşlarımız ilə birgə hazırlıq əməliyyatları həyata keçirmək üçün Qara dənizə gedir", - deyə məlumatda bildirilir.

Oxşar xəbərlər