Demokratik TV
Qara dənizə düşən “Tu-154”-də həlak olanlardan 10 nəfərin cəsədi tapıldı
Bu gün Rusiya Müdafiə Nazirliyinin Qara dənizə düşən "Tu-154” tipli təyyarəsinin 10 sərnişinin cəsədi tapılıb. Axtarış əməliyyatları davam edir.
Təyyarənin qalıqları sahilboyu 1,5 km-dən 6 km-ə qədər məsafədə səpələnib.

Sərnişinlər arasında "Həkim Liza” kimi məşhur olan Yelizaveta Qlinka, Rusiya Müdafiə Nazirliyinin Mədəniyyət idarəsinin rəisi Anton Qubankov, Aleksandrov adına ansamblın rəhbəri Valeriy Xəlilov da var.
Həmçinin təyyarədə "NTV” telekanalının da çəkiliş qrupu olub. Qrupa jurnalistlər Mixail Lujnetski, Oleq Pestov və Yevgeni Tolstov daxildir.
Bu arada Rusiya Müdafiə Nazirliyinin telekanalı olan "Zvezda"nın da Suriyaya ezam edilmiş və qəzaya uğrayan təyyarədəki əməkdaşlarının kimliyi müəyyənləşib. Çəkiliş qrupuna Obuxov, Suranov və Rjevski soyadlı 3 jurnalist daxil olub. /APA/
Təyyarənin qalıqlarını və həlak olanların meyitlərini tapmaq üçün əraziyə 27 gəmi cəlb edilib. Lent.az Rusiya KİV-nə istinadən xəbər verir ki, gəmilərlə yanaşı 14 helikopter və 3 mindən çox hərbçi-xilasedici qüvvələri ərazidə axtarış tədbirləri həyata keçirir.
