Mirismayıl Xələfli pedofildirmi? /Etiraf, İttiham və özünü təkzib + VİDEOSÜJET

  • 10 dek 2018, 21:24
Demokratik.Az-ın məlumatına görə, "xeberal.az" saytının rəhbəri kimi tanınan Mirismayıl Xələfli "Space” telekanalında yayımlanan "El bizim, sirr bizim” verilişində "müəllim" qismində çıxış edərək gündəmə gəlib. M. Xələfli 7-ci sinifdə oxuyan şagirdinə vurulduğunu, onu məktəbdən çıxararaq sonradan ailə qurduğunu bildirib: "Mən özüm ali təhsilliyəm. Gedib 7-ci sinifdə oxuyan qızla ailə qurmuşam, sabah mənim başıma qaxınc olmasın. Mən onu məktəbdən çıxartmışam. Sabah xanım mənə deməsin ki, yemək bişirə bilməz, işdən yorğun gəlib, yatmalıdır, dincəlməlidir. Mən öz yoldaşıma orta məktəbdə dərs demişəm”. 
Bu etirafından sonra o, verilişin sonunadək sərt tənqid atəşinə tutulub. Bununla belə, verilişin qonağı, xanım psixoloq bu əməli pedofiliya adlandıraraq, jurnalist-müəllimi dediyinə görə qınayıb.
Psixoloq Nərmin Şahmarzadə "müəllimə" belə reaksiya verib: "Hə, nə gözləyirsiniz, dediklərinizə görə sizi alqışlayaq? Bu pedofillikdir, uşaq zorakılığıdır. Bu fəxr ediləsi situasiya deyil, ağlamalı situasiyadı. Bəzən uşaqları buna görə oxutdurmurlar, belə müəllimlərin olduğuna görə. Deməli, müəllim-şagird münasibətlərində bir pozuntu yaşayırlar".. 
Verilişin aparıcısı Elçin Mirzəbəyli də belə gedişatdan şoka düşüb. İlk dəfədir ki, deyəcək bir söz tapmadığını bildirib. Ən dözülməz durum isə, bu adamın öz dediklərinə sonadək bəraət qazandırmağa, müəllim və jurnalist adını daha da ləkələməyə çalışmasıdır.
Sonda, aparıcı əlini verilişinin "qəhrəman müəlliminə" uzadaraq onu şər adlandırıb.
Bildirək ki, Mirismayıl Xələfli verilişdə dediyi fikirlərinin doğruluğunu sonradan "təkzib" edərək nigah və doğum şəhadətnaməsini ictimaiyyətə təqdim edib.

Rəsmi sənədləşmələrdən aydın olur ki, M.Xələfli evləndiyi həmin xanımla rəsmi nigaha 2008-ci ildə daxil olublar. Yəni, "müəllim" 8-ci sinifdə oxuyan hansısa azyaşlı ilə yox, 18 yaşı tamam olmuş bir şəxslə ailə qurub. Bu nigahdan 2009-cu ildə bir qız övladları da dünyaya gəlib.
Bəs, Mirismayıl Xələflinin mavi ekrandan yalan danışaraq hansı səbəbə özünə şər atdığı aydın deyil. Amma, o dəqiq aydındır ki, efirdən səsləndirdiyi belə biabırçı arqumentlər Azərbaycan müəlliminin imicinə, təhsil adına bilavasitə xələl gətirir.  
Sənədlərlə və yaş fərqi ilə götürüldükdə belə, M.Xələfli guya 19 yaşında ali təhsilə sahib olub müəllim kimi özünün 13 yaşlı bir şagirdini sevməsini deməsi, 19 yaşında müəllim olduğunu iddia etməsi absurd yalan və anormallıqdır. 
Bu biabırçı qalmaqala Təhsil Nazirliyi tərəfindən də lazımi reaksiyanın veriləcəyi gözləniləndir. Azı ona görə ki, bu şəxsin həqiqətən müəllim olub-olmadığı sual kimi ortadadır. 
Qeyd edək ki, bir müddət əvvəl Bakı məktəblərindən birində işləyən Rövşən Əzizov adlı müəllimin 9 yaşlı şagirdi ilə eşq yaşadığına dair məlumatlar da müzakirə olunmaqdadır.
Demokratik.Az
Oxşar xəbərlər