Azərbaycanda neçə xanım rektor və prorektor var?

  • 09 may 2018, 09:25

Təhsil eksperti Kamran Əsədov ölkədəki təhsil ocaqlarında çalışan və oxuyan qadınların statistikasını açıqlayıb.

Tanınmış ekspert 54 ali məktəb rəhbərindən 6 rektorun, 37 prorektorun, 60 kollecdən 15 direktorun və 36 direktor müavininin qadın olduğunu bildirib.

O, 113 ilk peşə təhsili müəssisəsindən 11 direktorun, 40 direktor müavininin, 4472 orta ümumtəhsil məktəbindən 1244 direktorun, 3569 direktor müavininin qadın olduğunu qeyd edib.

Kamran Əsədov orta ümumtəhsil məktəblərində müəllim kimi çalışan və təhsil alan qadınların da sayını açıqlayıb. Ekspert 4472 orta ümumtəhsil məktəbində çalışan 151 min müəllimin 82 faizinin, təhsil alan 1.5 milyon şagirdin isə 46 faizini xanımların təşkil etdiyini bildirib.

Oxşar xəbərlər