Senator Merkli: Putin Trampı hipnoz etdi

  • 28 noy 2018, 08:46


Amerikalı senator Ceff Merkli ABŞ prezidenti Donald Trampa rusiyalı həmkarı Vladimir Putinlə Argentinada G-20 sammiti çərçivəsində görüşməməyi məsləhət görüb.

Oxu.Az xəbər verir ki, Merkli fikrini əsaslandırmağa çalışıb və səbəbləri sadalayıb.

"Birincisi, Trampa qarşı Rusiyanın 2016-cı ildə prezident seçkilərinə mümkün müdaxiləsi ilə bağlı araşdırma aparılır. Biz bilmirik onun hansı maliyyə bağlantıları, maraqlar toqquşmaları var. İki liderin son görüşü zamanı şəffaflıq yox idi, çünki söhbət zamanı yalnız tərcüməçi var idi. Görüşdən sonra Tramp Putinin mövqeyini tam təkrarlayırdı, sanki hipnoz edilmişdi. Hələ də bilinmir görüşdə nə deyilib”, – deyə o vurğulayıb.

Oxşar xəbərlər