Məşhurlar Trampa etiraz etdi: Ayağa qalxın!

  • 16 avq 2017, 18:30

Virciniya ştatının Şarlotsvil şəhərində baş verən hadisələrdə ABŞ Prezidenti Donald Trampın hər iki tərəfi də günahlandırması ilə bağlı çıxışı məşhurların da etirazına səbəb olub.

Axar.az xəbər verir ki, məşhur basketbolçu Lebron Ceyms Tvitter səhifəsində Trampın nifrəti yenidən dəb halına gətirdiyini yazıb.

"Bu çıxış yaxşı bir şeydir: Artıq Tramp tərəfdarları hadisələr barədə heç nə bilmirmiş kimi rol etməyəcəklər”. Bunu isə ingilis yazar Coan Roulinq yazıb.

Məşhur yazar Stiven Kinq isə hər kəsi Trampa qarşı ayağa qalxmağa səsləyib: "Tramp rədd edilməlidir. Respublikaçılar bu iyrənc adam üçün ayağa qalxın!".

Oxşar xəbərlər