Fransa polisi onlarla çeçeni reketliyə görə saxlayıb

  • 15 okt 2018, 08:07

Fransa polisi şənbə günü Paris yaxınlığında irimiqyaslı əməliyyat keçirib.

"Report" "Le Figaro"ya istinadən xəbər verir ki, əməliyyatın gedişatında reket qruplaşmasının üzvü olan 23 çeçen saxlanılıb.

Əməliyyat Livri-Qarqan (Parisdən şimal-şərqdəki Sena-Sen-Deni departamenti) şəhərində keçirilib. Saxlanılan 23 nəfərin hamısı cinayət başında – onlar sürücülərdən pul alan vaxt yaxalanıb.

Qruplaşma üzvləri Parisə Şərqi Avropadan, ilk növbədə Polşadan, Moldavadan və Ukraynadan gələn yük avtomobillərinin sürücülərinin əksəriyyətindən 200 avro məbləğində "haqq" alırmış.

Qeyd edək ki, bir müddət əvvəl Siciliyada da hüquq-mühafizə orqanları və digər güc strukturları "Santapaola-Ercolano" mafioz qruplaşmasının 24 üzvünü saxlayıb. Mafioz qruplaşma üzvləri qanunsuz silah saxlamaqda, yerli sahibkarlara qarşı təhdidlərdə və reketlikdə təqsirləndiriliblər.

Oxşar xəbərlər