
Suriyaya S-300-lərin yerləşdirilməsindən sonra İsrail regionda daha diqqətli hərəkət edəcək.
Axar.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.
"S-300-lərin mənzili 250 km-dır. Əgər pərgarı alıb S-300-ün yerləşdiyi yerdən dairə cızsaq, İsrail üçün yeni vəziyyətin yarandığını görərik. Demək olar ki, İsrail havadan müdafiə sistemləri S-300-lərin mənzilində yerləşir”, - deyə ekspert bildirib.