Ərdoğan ABŞ sanksiyalarına cavab verdi - QƏRAR

  • 15 avq 2018, 09:15

Türkiyə və ABŞ arasında gərginlik böyüyür.

Ərdoğan ABŞ sanksiyalarına cavab olaraq bu ölkənin istehsal etdiyi bir sıra məhsulların gömrük rüsumlarını artırmaqla qarşı tərəfə cavab verib.

Demokratik.Az bildirir ki, bu barədə Türkiyənin rəsmi qəzetində ölkə başçısının müvafiq sərəncamı dərc olunub.

Sənədə əsasən ABŞ-dan istehsal olunan tütün məhsullarına qoyulan idxal rüsumu 60 faiz, spirt məhsulları 140 faiz, avtomobillər 120 faiz, kosmetika məhsulları 60 faiz, düyü 50 faiz, meyvələr 20 faiz artırılıb.

Rüsum artımı həmçinin digər ABŞ istehsalı olan məhsullara qarşı da tətbiq edilib. Türkiyənin bu addıımı rəsmi Vaşinqton üçün gözlənilməz olub..

Demokratik.Az

Oxşar xəbərlər