Əhali qazancının 80 faizini yeyir

  • 21 sen 2016, 21:17
Dövlət Statistika Komitəsinin məlumatına istinadən Demokratik.Az xəbər verir ki, bu ilin yanvar-avqust aylarında ölkədə ümumi daxili məhsul (ÜDM) istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz azalaraq 38 027,8 milyon manat təşkil edib. Ümumi daxili məhsulun 65,7 faizi iqtisadiyyatın qeyri-neft sahələrində, 34,3 faizi isə neft-qaz sektorunda istehsal edilib. 
Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,2 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 2,7 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 2,4 faiz, sənayedə 2,3 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində 2,2 faiz artıb, tikintidə 32,3 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 1,3 faiz, iqtisadiyyatın digər sahələrində isə 2,4 faiz azalıb. Tikinti sektorunda istehsalın azalması ümumi daxili məhsulun azalmasına təsir edən əsas amil olub. Bu dövrdə əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul 3 953,0 manat təşkil edib.

Qeyd edilən dövrdə ölkə əhalisi 28 972,4 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 8,6 faiz çox gəlir əldə edib. Gəlirlərin 78,2 faizi son istehlak xərclərinə, 9,3 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 9,9 faizi isə yığıma yönəldilib. Əhalinin hər nəfərinə düşən gəlirlərin nominal məbləği əvvəlki ilin eyni dövrünə nisbətən 7,4 faiz artaraq 3 011,7 manat təşkil edib. Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 26 275,4 milyon manat və ya hər nəfərinə orta hesabla 2 731,3 manat vəsait qalıb. 
Oxşar xəbərlər