Robert Köçəryanla bağlı qərar 13 avqustda açıqlanacaq

  • 10 avq 2018, 17:57

Ermənistanın Apellyasiya məhkəməsi eks-prezident Robert Köçəryanla bağlı şikayətin araşdırılmasını başa çatdırıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, avqustun 9-10-da keçirilən məhkəmədə tərəflərin çıxışları dinlənilib. Eks-prezidentin vəkili Aram Orbelyan deyib ki, məhkəmə yekun qərarını 13 avqustda elan edəcək.

Xatırladaq ki, R.Köçəryana qarşı 2008-ci ilin 1 mart cinayətləri ilə bağlı ittiham elan olunub.

Oxşar xəbərlər