PKK hücuma keçdi, Türkiyə helikopterləri bombaladı

  • 01 mart 2018, 23:02

Suriyanın Afrin şəhərinin Kəl Təpə adlanan ərazisində yaşanan şiddətli silahlı atışmalarda bir neçə türkiyəli hərbçinin şəhid olduğu, bir neçəsinin də yaralandığı bildirilib.

Axar.az xəbər verir ki, sözügedən ərazidə PKK/YPG terrorçuları tunellərdən hücuma keçməyə cəhd göstərib.

Lakin türk ordusunun qətiyyətli və effektiv əməliyat tədbirləri nəticəsində terrorçuların qarşısı alınıb.

YPG-çilərin hücuma keçdiyi ərazi intensiv atəşə tutulub və havaya qalxan ATAK helikopterləri terrorçuların gizlədiyi ərazilərə aviazərbələr endirib.

Yaralı hərbçilərin Hataydakı xəstəxanalara aparıldığı bildirilib.

Oxşar xəbərlər