Davos Kanadanın baş nazirinin corablarına "heyran qaldı"

  • 27 yan 2018, 11:36

Kanadanın Baş naziri Castin Trudeau Davosda keçirilən Dünya İqtisadi Forumuna qatılıb.


Yayılan məlumatlara əsasən B nazirin bənövşəyi rəngdə ördək formalı naxışları olan corabları zirvəyə damğa vurub.

Qeyd edək ki, Kanada baş nazirinin corabları ilk dəfə deyil ki, gündəm olur. Onun NATO zirvəsində geyindiyi pələng dərisinə bənzər naxışları olan corabları Almaniya kansleri Angela Merkelin belə diqqətini çəkmişdi.

Castin Trudeau siyasi, iqtisadi məzmunundan asılı olmayaraq, getdiyi hər yerə müxtəlif naxışlı corablar geyinir və özünü belə rahat hiss etdiyini deyir.






 










Oxşar xəbərlər