Obama maaşına görə liderdir

  • 15 noy 2016, 22:00
Fransanın "Les Echos” maliyyə qəzeti ən yüksək məbləğdə maaş alan 10 ölkə liderinin adlarını açıqlayıb. Novator.az-ın məlumatına görə, siyahıya ABŞ prezidenti Barak Obama liderlik edir. Onun illik maaşı 400 min dollardır.

İkinci yeri Kanadanın baş naziri Castin Tryudo (illik maaşı 260 min dollar), üçüncü yeri Almaniya kansleri Angela Merkel (illik maaşı 234 min dollar) tutur.

Yüksək məvacibli liderlərin sonrakı sıralaması belədir: Cənubi Afrika Respublikasının prezidenti Ceykob Zuma (illik maaşı 223 min dollar), Böyük Britaniyanın baş naziri Tereza Mey (illik maaşı 215 min dollar), Yaponiyanın baş naziri Sindzo Abe (illik maaşı 203 min dollar), Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan (illik maaşı 197 min dollar), Fransa prezidenti Fransua Oland (illik maaşı 194 min dollar), Rusiya prezidenti Vladimir Putin (illik maaşı 136 min dollar), İtaliyanın baş naziri Matteo Renzi (illik maaşı 125 min dollar).

Novator.az bildirir ki, Azərbaycan prezidenti İlham Əliyev ayda 15 min manat maaş alır. Bu, ildə 106 min dollardan bir qədər çox eləyir.
 
Demokratik.Az
Oxşar xəbərlər