ABŞ - “Qazprom” müharibəsi- qalib kim olacaq?

  • 14 avq 2017, 08:54

Rusiya mətbuatı-ABŞ özünü vannaya girən fil kimi aparır

ABŞ-Rusiya savaşı yalnız dünyanın həssas bölgələri üzərində hakim olmaq uğrunda getmir. İqtisadi sahədə mücadilə daha amansızdır.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, ABŞ Rusiyanın dünya siyasətində işlətdiyi kozırları əlindən almaq niyyətindədir. Çünki Moskva üçün neft və qaz təkcə iqtisadi gəlir sahəsi deyil, həm də qlobal siyasətdə ən təsirli siyasi vasitədəir.

ABŞ-ın bu məsələdə həm də öz iqtisadi maraqları var.

Birləşmiş Ştatlar mayeləşdirlimiş təbii qazı (LNG) dünya bazarına, konkret olaraq Avropaya çıxarmaq istəyir. (mayeləşdirilmiş təbii qaz və ya LNG - işlənmiş təbii qazın təmizlənərək atmosfer təzyiqində təxminən -163 dərəcədə sıxlaşdırılarıılıb alınan təbii (metan) qazdır) Bu yöndə onun ən böyük rəqibi Rusiyanın Avropa ölkələrinə Ukrayna vasitəsilə ötürdüyü təbii qazdır. Hazırda rus qazının keyfiyəti və qiyməti ABŞ ixracatçılarının zərərə uğramasına səbəb olub. Analitiklərin rəyinə görə, bu situasiya hələ bir neçə il davam edəcək.



Rusiya mətbuatı ABŞ sanksiyalarının məhz "Qazprom”un bazardan uzaqlaşdırılması məqsədilə sərtləşdirildiyini yazır.

Bundan başqa ABŞ Rusiya qazının yeganə çıxış yolunun Ukraynadan keçməsindən əlavə təzyiq vasitəsi olaraq istifadə etmək niyyətindədir. 

Rusiya bu təhlükəni hiss edərək, təbii qazın ötürülməsi ilə bağlı alternativ marşrutların tikintisi prosesinə indidən start verib.

Rusların fikrincə "Qazprom” və Avropa qəsdən Ukrayna dəhlizinə doğru sıxışdırılır. ABŞ-ın Tramp tərəfindən bu yaxınlarda imzalanan yeni sanksiyaları isə Rusiyanın Ukraynanın yanından ötərək inşa etmək istədiyi "Şimal dəhlizi-2” və "Türk axını "kimi layihələrini təhlükə altına qoyur.



"Sanksiyalar haqqında qanun "Qazprom”un tərəfdaşlarını, investorlarını, kreditorlarını və podratçılarını təhlükə altına qoyur, həmçinin tikilən qaz kəmərlərinin hər an dayandırlıması riskini daşıyır”,- Moody's beynəlxalq reytinq agentliyinin hesabatında belə deyilir.

Vygon Consulting şirkətinin məlumatına əsasən, keçən il və bu ilin ilk 5 ayı ərzində Meksika körfəzindən içində ümumi həcmi 9 milyon ton (12,3 milyard kub.m) qaz olan 140 LNG tankeri Meksika körfəzindən yola salınıb. Bu da mayeləşdirlmiş təbii qazın ümumi ticarətinin 3,5%-nə bərabərdir. LNG qazın əsas alıcıları Latın Amerikası və Asiya ölkələridir (70%)


Ameirkan qazının satışında Avropa aşağı paya sahibdir. Hələ ki, LNG satışları Avropada bu vaxta qədər 1,6 milyard kub m. və ya ümumi bazarın 13%- həcmindədir.

"Qazprom” isə bu ilin yanvar və may aylarında təbii qazın həcmini 13% artıraraq 81,2 milyard kub m.ə çatdırıb. 2016-c ildə şirkət təkcə Avropaya 179,3 milyard kub m. qaz ixrac edib ki, bu da Avropada istehlak olan ümumi həcmin 3 də 1 hissəsini təşkil edir.

ABŞ LNG-lərinin tədarkçüləri həm məsafənin uzaq olması, həm də nəql etmə xərclərinin yüksək olması səbəbindən Rusiyanın təklif etdiyi qiymətlərlə rəqabət apara bilmirlər.

Analitiklərin (əsasən Rusiya-red.) rəyinə görə, məhz bu səbəbdən amerikan qazı Avropa üçün "Qazprom”a qarşı real alternativ boru kəmərinə çevrilə bilmir.

Bütün bunlara rəğmən ABŞ-da mayelədirlmiş qaz üzrə 6 yeni zavod tikilir və 2020-ci ilə qədər hər il 78 milyon ton, daha sonra isə 390 miyon ton qazın istehsal edilməsi planlaşdırılır.

S&P Global Ratings hesabatında da deyildiyi kimi ABŞ LNG-sinin ixracatının gəlirli olması üçün isə Rusiya qazının qiyməti 30% artmalıdır. Bir sıra iqtisadçıların ümumi rəyinə görə, ABŞ sanksiyaları siyasi hədəfdən başqa konkret olaraq rus qazının bahalaşdırılması üçündür.

ABŞ sanksiyalardan əlavə başqa yollarla da Rusiya qazının əlverişsiz qiymətlərlə Avropaya çatdırlmasına nail ola bilər. Məsələn Ukrayna tərəfi beynəlxalq məhkəmədə iddia qaldıraraq qazın tranzitini əngəlləməyə qadirdir. (Təbii ki, ABŞ-ın gizli və ya açıq dəstəyi ilə-red.)



Və ya Kiyev öncədən tranzit üçün qəbul edilməz şərtlər də irəli sürə bilər. Qeyd olunduğu kimi Rusiya qazının tranziti üzrə müqavilənin müddəti 2019-cu ildə başa çatır. Yeni sazişlə bağlı danışıqların isə olduqca çətin keçəcəyi gözlənilir. Ən yaxşı halda "Qazprom” nəql prosesinə görə daha çox ödəməli olacaq ki, bu da avropalı istehlakçılar üçün qiymətlərin artırılması anlamına gələcək.

Hər halda həm Avropanı, həm də "Qazromu” asan günlər gözləmədiyi indidən aydındır. Rusiya mətbuatı isə ABŞ-ın özünü vannaya soxan fil kimi apardığını yazır. Prezident Donald Tramp üçün isə biznes məsələlərində nəzakət və etika qaydalarına əməl etmək heç də birinci yerdə gəlmir.

Musavat.com

Oxşar xəbərlər