Bakıda böyük tıxac yarandı - gözoxşayan

  • 25 okt 2016, 20:44
Demokratik.Az bildirir ki, Bakının mərkəzindən Binəqədi qəsəbəsi istiqamətində, eləcə də əks istiqamətdə avtomobillərin hərəkətində böyük tıxac yaranıb. Tıxac gecənin qaranlığında maraqlı və gözəl mənzərə yaradıb. Gözlənilməz tıxac barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən də məlumat verilib.
 
Məlumatda sürücülərdən alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
 
Bununla yanaşı, hazırda Tiflis prospektində, Koroğlu Rəhimov, Əhmədbəy ağa oğlu, Bakıxanov, Cəfər Cabbarlı, Zivərbəy Əhmədbəyov küçələrində və Ziya Bünyadov küçəsindən metronun Koroğlu stansiyası istiqamətində sıxlıq müşahidə edilir.
 
Demokratik.Az
Oxşar xəbərlər