Gürcüstan-Azərbaycan sərhədində böyük tıxac...

  • 09 noy 2015, 15:06
Qeyri-iş günləri ilə əlaqədar Gürcüstana səyahət edənlərin sayında müəyyən artım müşahidə olunub.

Nəticədə ötən gün qonşu ölkəyə gedənlərin kütləvi şəkildə geri qayıtması Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü” gömrük keçid məntəqəsində qısa müddətli, cüzi sıxlığın yaranmasına səbəb olub. Bu barədə virtualaz.org saytına DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, müvafiq tədbirlər görülərək problem tez bir zamanda aradan qaldırılıb. Hazırda "Sınıq Körpü” gömrük keçid məntəqəsində nəqliyyat vasitələrinin və sərnişinlərin keçidində hər hansı bir sıxlıq müşahidə olunmur.

*    *     * 00:46

Gürcüstan-Azərbaycan sərhəddində (Qırmızı körpü) bir neçə kilometrlik tıxac yaranıb.

Bu barədə musavat.com-a 15 saata yaxındır sərhədi keçib Azərbaycana gələ bilməyən vətəndaşlardan biri məlumat verib.

O, Gürcüstandan Azərbaycana qayıtdığını deyib: "Amma 15 saata yaxındır sərhəddə ilişib qalmışıq. 500-600 maşın burada növbə gözləyir. Gürcüstan sərhədçiləri deyir ki, biz elektron qaydada yoxlayıb buraxırıq, problem Azərbaycan tərəfdədir, yoxlamanı çox ləng həyata keçirirlər, ona görə də avtomobil tıxacı yaranıb. 

Azərbaycan tərəfdən isə bizə heç bir məlumat vermirlər. Artıq 5 saata yaxındır ki, buraxılış tamamilə dayanıb. Burada hava soyuqdur, bir çox maşınlar işlək vəziyyətdə saatlarla qalandan sonra artıq benzinləri də qurtarıb. Burada yiyəsiz qalmışıq".
Demokratik.Az