Deputatların maaşının ikiqat artması xəbərinə - Reaksiya

  • 07 mart 2019, 13:05

Milli Məclisin (MM) mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deputatların maaşlarının artımı xəbəri ilə bağlı danışıb.

O, bu məsələdən, ümumiyyətlə, xəbərsiz olduğunu deyib.

"Çox istərdim ki, artım olsun. Amma düzünü deyim ki, bu məsələni birinci dəfədir eşidirəm. Əgər belə bir məsələ olsaydı, yəqin ki, eşidərdik”.

MM-in Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli öz növbəsində yayılan xəbərləri təkzib edib:

"Belə bir məsələ yoxdur. Ancaq gələcəkdə olması da istisna deyil. Çünki bir çox sahələrdə əməkhaqqı artımları baş veribsə, parlamentdə də ola bilər. Amma hələlik heç bir artım yoxdur”.

MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə də millət vəkillərinin əməkhaqlarında artımların baş verməsi ilə bağlı deyilənlərin həqiqət olmadığını diqqətə çatdırıb:

"Hansı 5000 manatdan söhbət gedir? Hamısı yalandır, belə bir məsələ yoxdur”.\\Oxu.az

Oxşar xəbərlər