Hadi Rəcəbli sayıqladı: “Mənim toxunulmazlıq hüququm var”

  • 25 may 2018, 20:52

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, deputat Hadi Rəcəbli gəlini Beruzova Zərifə Beruz qızının dələduzluqda ittiham olunması ilə əlaqədar Suraxanı Rayon Polis İdarəsinə çağırılması barədə yayılan xəbərlərə münasibət bildirib.

O, "ölkə.az”a açıqlamasında deyib ki, yayılan bu cür xəbərlər tamamilə yalandır:

 

 

"Bu yalan da Avstriyada qeydiyyatdan keçən bir səhifədən götürülmüşdü. Həmin məsələ 2 il əvvəl gündəmə gətirilən zaman Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbəri təkzib etmişdi. Bu barədə nə Daxili İşlər Nazirliyində, nə Suraxanı polisində heç bir məlumat yoxdur.

Jurnalistlərə də məsləhət görürəm ki, Daxili İşlər Nazirliyi və Suraxı polisi ilə əlaqə saxlayıb məsələ barədə dəqiq məlumatı öyrənsinlər”.

Komitə sədri onun polisə çağırılması barədə xəbər yazan jurnalistləri də təhqir edib:

"Görün bunu yazan jurnalistlərin səviyyəsi nə qədər aşağıdır ki, deyirlər Hadi Rəcəblini polisə çağırıblar. Axı məni kim polisə çağıra bilər? Mənim toxunulmazlıq hüququm var. Mənim polisə çağırılmağım üçün gərək Milli Məclis qərar qəbul etsin”.

"Demokratik.Az" olaraq bircə onu əlavə edə bilərik ki, Hadı Rəcəblinin öz əməlinə görə deyil, gəlininin adıkeçən hər hansı işə görə polisə çağırılmasında heç bir qəbahət görünmür. Və belə bir şey baş versə, bunun deputat toxunulmazlığına heç bir aidiyyatı yoxdur, çünki bu kimi çağırışlar qeyri-rəsmi olmaqla əksinə bir millət vəkilinin yaxınına və özünə qarşı hüquq mühafizə orqanı tərəfindən hörmət və ehtiram əlamətidir. Deputatın bu kimi səmimi münasibətlərdə "Milli Məclisin qərarı lazımdır" deməsi lap absurddur və jurnalisti təhqir etmək Hadı Rəcəblinin qeyri-səmimiliyi və təkəbbürü kimi qiymətləndirilə bilər...

Demokratik.Az 

Oxşar xəbərlər