Zakir Həsənovun Serj Sərkisyan BƏYƏNATI - ANONS

  • 30 iyun 2018, 08:51

"Erməni ekspertlər qorxurlar ki, Rusiyada futbol üzrə dünya çempionatı bitdikdən sonra Azərbaycan ordusu yenidən hücuma keçə bilər. Bu çempionatdan sonra dərhal olmasa da, istənilən digər vaxt baş verə bilər."

 

"Zakir Həsənovun "İlham Əliyev müharibəsiz Serj Sərkisyanı istefaya məcbur etdi” sözlərinin arxasında həqiqət var. Serj Sərkisyan ölkəsindəki ağır iqtisadi və sosial vəziyyətə görə istefa verdi. Bu vəziyyət isə Ermənistanın işğalçı siyasətinə görədir. Ermənistanın iki əsas qonşusu ilə münasibətləri yoxdur, bütün layihələrdən təcrid olunub, gəlir imkanları tükənib. Üstəgəl Ermənistan hakimiyətinin işğal altındakı torpaqlarda xidmətə göndərdiyi erməni gənclər Azərbaycan hərbçilərinin atəşinə tuş gəlirlər və neytrallaşdırırlar. Ermənistandakı indiki gəncliyini əksəriyyəti ölkəsindən kənarda ölmək istəmir. Demək bu amil də Sərkisyanın əleyhinə işləyirdi. Əgər İrəvanın siyasəti dəyişməsə bu amil hazırki baş nazir Nikol Paşinyanın da əleyhinə işləyəcək."

Bu sözləri tanınmış politoloq Elxan Şahinoğlu Miq.Az saytı əməkdaşının "Müdafiə Naziri Zakir Həsənovun İlham Əliyev müharibəsiz Serj Sərkisyanı istefaya məcbur etdi sözlərinin arxasında hansı mənanı axtarmalıyıq" sualına cavabında bildirdi.

Politoloq açıqlamasında qeyd etdi ki, Azərbaycan ordusu yeni strategiyadan çıxış edir. Bu özünün 2016-cı ilin aprel ayında və son Naxçıvan əməliyyatında göstərdi. Kiçik miqyaslı hərbi əməliyyatlarla strateji yüksəklirlər azad edilir. Bu Azərbaycan ordusuna mənəvi üstünlük qazandırır: 

 

"Böyük dövlətlər, o cümlədən Rusiya Azərbaycan ordusunun yeni strategiyasına mane ola bilmir. Rusiya 2016-cı ilin aprelində Azərbaycan ordusunun daha böyük ərazini azad etməsinə imkan vermədi, müharibənin qarşısını aldı. Ancaq Rusiya rəsmiləri Azərbaycan ordusunun Naxçıvanda istiqamətində həyata keçirdiyi hərbi əməliyyata heç nə demədilər. Həmin əməliyyatdan sonra İlham Əliyev Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşdü. Putin Azərbaycanla siyasi münasibətlərin yüksək səviyyədə olduğunu dedi. Başqa sözlə, Azərbaycan ordusunun strateji yüksəklikləri azad etməsinə Rusiya da sərt reaksiya vermir. Odur ki, rəsmi Bakı bu siyasətini gettikcə genişləndirəcək. Erməni eskeprtlər qorxurlar ki, Rusiyada futbol üzrə dünya çempionatı bitdikdən sonra Azərbaycan ordusu yenidən hücuma keçə bilər. Bu çempionatdan sonra dərhal olmasa da, istənilən digər vaxt baş verə bilər."

 

Ərşad Əhədzadə

Oxşar xəbərlər