"Reina" terrorçusundan xəbər var

  • 11 fev 2017, 19:46

Məlum olduğu kimi, Türkiyənin İstanbul şəhərində "Reina” gecə klubunda terror aktı həyata keçirərək 39 nəfəri öldürən Əbdülqadir Maşapirov bir müddət sonradan həbs edilib. Lakin terrorçunun həbsi ilə bağlı indiyədək ətraflı məlumat verilməyib.

"Demokratik.Az” bildirir ki, bu günlərdə "Reina” terrorçusu Əbdülqadir Maşapirov barədə həbs qərarı İstanbulun Çağlayan səmtindəki Ədliyyə Sarayında verilib.

Yayılan xəbərə əsasən, qətliamı törədən şəxs "Konstitusion quruluşu zorla dəyişdirmək”, "Terror qruplaşmasına üzv olmaq”, "Qəsdən birdən çox insanı öldürmək”, "Odlu silahdan istifadə” maddələri ilə təqsirli bilinib.

Qeyd edək ki, terrorçunun həbs müddəti barədə səhih məlumat yoxdur.

Demokratik.Az

Oxşar xəbərlər