Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

09:22 - 21.09.2019  
Şəmkirin kənd məktəbində seks videosu qalmaqalı...
Tarix: 11-01-2017, 19:28 | Bölmə: ---

Şəmkir kənd məktəbində səs-küylü qalmaqal yaranıb. Belə ki, rayonun Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbində laborant işləmiş Xatirə Əliyeva redaksiyamıza müraciət edərək, məktəb direktoru haqqında ağır ittihamlar irəli sürüb. 
 
 
Şəmkirin kənd məktəbində seks videosu qalmaqalı...
Onun sözlərinə görə, direktor Akif Namazov diplomuna imtina gəlmiş müəllimlərdən külli miqdarda rüşvət alıb, şantaj yolu ilə onu işdən çıxardıb: 
"Məktəbimizdə 400 şagird təhsil alir. Lakin davamiyyət 50 faizdən aşağıdır. Şagirdlərdən iki nəfər azyaşlı olmalarına baxmayaraq ailə həyatı qurub. Hazırda Rusiyada alver edən şagirdlərin adı dərs jurnalında gedir. Bəs, Akif Namazov kimdir? O, vaxtilə türmə həyatı sürmüş,  öz uşaqlarına tərbiyə verməyi bacarmayan (oğlu 2016-ci ildə gənc əsgərlərdən "reketçiliklə” pul aldığına görə 6,5 il cəzası alıb) müəllimdir. 24 dekabrda müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı bəzi müəllimlərimizin diplomlarına imtina gəlmişdi. Diplomların skaner olunub bazaya yüklənməsini tapşırmışdılar. 

Diplomlar yoxlanıldıqdan sonra müəllimlərin imtahana buraxılmasına icazə verildi. Diplomların düzəldiyini bilən Akif Namazov müəllimlərin bəzilərindən müxtəlif məbləğlərdə pul tələb etdi, guya bu, nazirlikdən tələb edilib. Beləliklə hər sentyabrın əvvəlində və hər ay direktor müəllimlərdən müxtəlif şantajlarla pul toplayır. Bu haqda əlimdə səsyazıları da var. Məni də şantaj edib, bu günlərdə işdən çıxartdı. Buna səbəb kimi isə məktəbdə olan kompüterlərin sayının normativə görə kompüter laborantlarının sayı ilə uyğun gəlməməsini əsas gətirdi”.

Musavat.com məsələyə aydınlıq gətirmək üçün adıçəkilən məktəbin direktoru Akif Namazovla əlaqə saxlayıb. Direktor ona qarşı edilən ittihamlarla bağlı çox ilginc açıqlama verib. 

Direktorun sözlərinə görə, laborant Xatirə Əliyevanı seks videolarına görə işdən azad edib: "Birinci ona görə işdən çıxartmışam ki, ştat artıq olub. O, özünə lazım olan böhtanları deyir, amma həqiqəti gizlədir. İndi mən sizə həqiqəti deyim. Demək, 14 kompyüterə bizdə iki laborant düşür. Onun da ştatı artıq idi. Xidmətçilərin hesabına ona ştat düzəldiblər, bunun üçün də 3 min manat pul verib. O, məktəbin müəyyən sənəd işlərini görürdü. Mən də şagirdlərin qeydə alınması üçün noutbook almışdım. O da həmin noutbooku evə aparıb gətirirdi. Ayın 9-da mən o kompüteri onun əlindən alım. O, çox çalışdı ki, həmin noutbooku geri alsın, bəhanə də gətirdi ki, mənim orada ailə şəkillərim var. Sən demə, noutbooka o, seks videoları qoyubmuş. Mən onu üzə çıxartmışam. 

Təsəvvür edin ki, canlı seksdir. Mən bu yaşa çatmışam, amma belə canlı seks görməmişdim. O, çox istədi ki, kompüteri alıb, o videoları sildirsin, amma mən buna imkan vermədim. Sonra Şəmkir rayon Təhsil Şöbəsində onun "oynaşları” var. Onların yazışmalarını tutmuşam. Beləliklə onun əmri 6 yanvarda verildi, işdən çıxartdım. Ona dedim ki, çıx işdən, bir daş altda, bir daş üstdə... Mənə 500 manat təklif etdi ki, o videolar silinsin. Mən də götürmədim. Daha sonra gecə ilə kiminsə əli ilə otağıma girib, kompüterdən həmin videoları sildirib. Bu, dekabrın 20-dən 21-nə keçən gecə baş verib. Mən də polisə zəng etdim. Polis də tökülüb gəldi. Məsələ ilə bağlı ifadə verdilər. Amma sonra pul verib, özlərini xilas edə bildilər. 

Mən onu ştatda artıq olmaq adı ilə işdən çıxartdım. Video məsələsini isə kənara qoydum. Çünki bu, həm onun, həm də məktəbin adına biabırçılıq idi. Mən ona hörmət etdim. Onu açıq deməyəcəkdim, ta ki, otağımın qapısı açılanacan. Direktorun qapısının gecə açılması nə deməkdir? Polisə də deyib ki, Akif müəllim məndən "nəsə” istəyib. Yalançının atasına lənət... Guya mən onunla yaşamaq istəmişəm. Kimin yanında, nə vaxt istəmişəm. Sən 3 ildir ki, məktəbdə işləmişən, necə olur ki, 3 il ərzində istəməmişəm, indi istədim? Nəyə görə? Sübutun varmı? Çoxları mənə deyirdi ki, o, uşaqların tərbiyəsini pozur, çıxart onu işdən…”

Direktor diplom işinə imtina gələn müəllimlərdən rüşvət alması ittihamına da cavab verib: "Bəli, bəzi müəllimlərimizin diplomuna imtina gəlmişdi. Lakin sonra ciddi araşdırma aparıldı, məlum oldu ki, onlar haqqında düzgün məlumat verilməyib, sənədləri yerindədir və onlar imtahana buraxıldı. Əgər bu, yalan olsa, mənim pencəyimi götürüb, məktəbdən getməyə hazıram”. 

Xalidə Gəray,
Musavat.com
Xəbər 2989 dəfə oxunub






Oxşar xəbərlər

Həbs cəzası azaldılan jurnalist yenidən aclığa başladı
İlham Əliyev: "Əsrin kontraktı"nın imzalanması tarixi hadisədir"
Robert Koçaryan zaminə buraxılmadı
İlqar Məmmədov “orta təbəqə var” yazdı - etiraz aldı...
Eldar Mahmudovun “sağ əli” ölkədən çıxmasından danışdı
Prokuror "Qusqa"ya cəza istədi - məhkəmədə gərginlik yaşandı
Ermənistanın xarici işlər və müdafiə nazirləri istefa verəcək
Elinanı kimlər şantaj edirmiş? - Məhkəmədən
Fövqəlnazirimiz ABŞ səfiri ilə görüşdü
Quba polisi qızıl oğrusu tutub
MTRŞ-nın yeni Aparat rəhbəri kim olacaq?
Bank Respublikadan onlayn kreditlərə 10% endirim
Novella Cəfəroğlu: “Cəmiyyət sülhə hazır deyil”
Davudoğlunun “sağ qolu” AKP-dən istefa verib
“Eldar Mahmudov ölkədən çıxıb və qayıdıb” - iddialar və şok sirlər
İsrail seçkilərinin pərdəarxası - nələr dəyişəcək?
Cəmil Həsənli radikal müxalifətin əsl üzü - VİDEO
Ruhun şad olsun Üzeyir bəy!
Moskvada polis rüşvətə görə həmkarlarını güllələdi
Azərbaycanda xanım müğənni qəzada öldü
Tramp və Zelenski görüşü barədə xəbər təsdiqlənib
PSJ “Real”ı 3 qolla məğlub edib
Nazir direktoru işdən çıxardı
DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır
Bu gün Milli Musiqi Günüdür
Səudiyyə hücumların qarşısında niyə ACİZ QALDI?
ABŞ İrana cavab zərbəsi endirməyi təklif edib!
Gülnarə Kərimova yoxa çıxıb
“Harya eydirsən, ayə”ni bəyənirdin axı, a bəy...
Müxalifətin bitməyən “ana” qovğası
Bakıda Fukusima kimi “qəza” - yaponlar Abutalıbova demişdilər ki...
TƏDBİR! Mətbuat Klubu öz işini bərpa edir - VİDEO
Vaqif Əsədov "1 manatlıq" taksilərdən danışdı
Azərbaycanda kredit təşkilatı satılıb
Nikol Paşinyan ABŞ-a səfərə gedir
Salyan-Şirvan yolunun yenidən qurulmasıyla bağlı prezidentə təşəkkür - VİDEO
Qabuniya Putini niyə söydüyünü açıqladı
Bakı sakini polis əməkdaşlarını da yandırmaq istədi
İTV-nin direktoru robota müsahibə verdi - Video
Zöhrə Abdullayeva oğlunun ölümündən sonra ilk dəfə efirdə belə danışdı
“Tək yatır, əri yoxdu…” - Hadisəyə söz atdı
Bakıda arvadını yandırmaq istədi - tutuldu
Pentaqon Trampı təkzib edib
Gənc Tamaşaçılar Teatrının tavanı çöküb
Milli Şuranın mitinq oyununun pərdəarxası - sensasion iddialar
BMT Baş Assambleyasının 74-cü sessiyası başlayır
Əflatun Amaşov ÜMŞA-nın sədrinin birinci müavini seçildi
Bakının xilas gününü işğal kimi qələmə verənlər var (?!)
Qubanın icra başçısı 700 bal toplayanlara maşın verəcək
Aytəkin Alxaslı "100 illik” medalı ilə təltif edilib
Rus məmur Naftalanda "şokolad"a girdiyi üçün işdən qovulacaq
Qəzet bir hərf səhvi ilə Stalinə “qavnokomanduyuşi” yazdı, güllələnmə aldı
Bədii gimnastika üzrə dünya çempionatı Bakıda keçirilir - Prezident və xanımı açılışda
Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Ukrayna müdafiə xərclərini 10 milyard dollara çatdıracaq
Tramp İranı hədələyib
Vilayət Eyvazov: “..cinayətlərin sayı azalıb”
General Vaqif Axundovun AD GÜNÜNƏ - TƏBRİK!
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
İlham Əliyev və xanımı 300 saylı məktəbin açılışda
Şumaxer müalicə kursundan sonra Fransanı tərk edib
Neftin dünya bazarında qiymətləri 19% bahalaşıb
Azərbaycanda yeni dərs ili başlayıb
Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
Ruhani Türkiyəyə getdi
Zakir Həsənov müharibə ANONSU edib
Qaxda 17 yaşlı oğlan bıcaqlanıb
Zakir Həsənov MİQ-29 qəzasından danışdı
"Kasıblamış" Vidadi Zeynalovun Türkiyədəki əmlaklarının SİYAHISI
Tünisdə prezident seçkilərində səsvermə bitib

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.59124] initstartout [0.00022] initstartin [0.00124] calstart [0.02069] calend [0.00080] topnewsend [0.00686] rsssend [0.00000] ehgend [0.01007] tagsstart [0.00090] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.55040]