Gədəbəydə direktorla müəllim dalaşdı - KİM DÖYDÜ?

  • 13 noy 2016, 15:31

Gədəbəydə məktəb direktoru ilə müəllim arasında dava olub. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, rayonun Çobankənd kənd orta məktəbinin müəllimi 56 yaşlı Qəhrəman Əliyev müxtəlif bədən xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.


Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. Məktəbdə fizika müəllimi işləyən Qəhrəman Əliyev çalışdığı məktəbin direktoru Sahib Babayev tərəfindən döyüldüyünü deyib: "Bu il dərs saatım az idi. Xəstəliyimlə bağlı və ehtiyacım olduğu üçün dedim ki, mənim də dərs saatımı artır. Ştat yarım istəyirdim. Narazılıq elədi, dedi ki, sənin ixtisasına uyğun dərs yoxdur. Xahiş etdim ki, əlavə dərslərdən versin. Söhbətimiz düz gəlmədi. Nalayiq sözlərlə təhqir edəndə çarəsiz qaldım. Ayağının altına salıb, təpiklə, yumruqla məni vurdu. İki dəfə qaldırıb yerə çırpdı".

 

Kənd orta məktəbinin direktoru Sahib Babayev bildirib ki, o müəllimlər otağında oturub yazı yazan zaman Qəhrəman Əliyevin hücumuna məruz qalıb: "Gördü ki mən ona əhəmiyyət vermirəm. Stolu qaldırdı vurdu başıma. Məni divara sıxdı. Mən var qüvvəmlə stol ilə bir yerdə onu itələdim. Hətta arxada soba var idi. Mən istiqaməti dəyişdim ki, sobaya dəyməyim. Yerə yıxılanda, bu yenə nalayiq sözlər deyəndə, mən qışqırdım ki müəllimlər gəlsin".

 

Sahib Babayev münaqişənin Qəhrəman Əliyev tərəfindən yaradıldığını deyir. Onun sözlərinə görə hadisə ilə bağlı akt tərtib olunub və hüquq mühafizə orqanlarına məlumat verilib.

Oxşar xəbərlər