ADAU-da payız İMTAHAN SESSİYASI BAŞLAYIB

  • 30 dek 2016, 12:27

Azərbaycan Dövlət Aqrar Universitetinin rektorunun əmrinə uyğun 2016/2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi 2016-cı ilin dekabrın 29-dan 2017-ci ilin fevralın 1-dək nəzərdə tutulub.

ADAU-nun mətbuat xidməti xəbər verir ki, İmtahanlar "dizayn” ixtisasının birinci, üçüncü və dördüncü kurslarında, aqronomluq fakültəsinin, "baytarlıq” və "əczaçılıq” ixtisaslarının ikinci kurslarında, "iqtisadiyyat” (tədris ingilis dilində) ixtisasının birinci, "dünya iqtisadiyyatı” (tədris ingilis dilində) ixtisasının üçüncü və dördüncü kurslarında yazılı, "Azərbaycan tarixi” fənni üzrə bütün ixtisaslarda şifahi formada keçirilir.

"Azərbaycan tarixi” fənnində şifahi imtahanların qəbul edilməsi üçün komissiya yaradılıb. Bundan başqa,  imtahanların nəticələrinə görə  qiymətinə etiraz edən tələbələrin müraciətinə baxılması, yazılı imtahan cavablarını kodlaşdırmaq üçün müvafiq tərkibdə komissiya da fəaliyyət göstərir.

Bütövlükdə universitetdə tələbələrin 83 faizi imtahanları kompyuterdə test üsulu ilə, 13 faizi yazılı, 6 faizi şifahi formada verəcək.

Birinci kurslar universitetdə qəbul olduqdan sonra ilk dəfə imtahan verdiklərindən imtahan həyəcanının aradan qaldırılması, habelə mövcud imtahan sisteminin sınaqdan keçirilməsi məqsədilə 22 dekabr 2016-cı il tarixində tərtib olunan qrafik əsasında Mühəndislik korpusunda  302 və 402 nömrəli otaqlarda sınaq test imtahanları qəbul edilib, bununla bağlı fakültələrdə və universitetin internet səhifəsində elanlar verilib.

Bütövlükdə imtahan prosesində ictimaiyyət, mətbuat nümayəndələrinin, valideynlərinin iştirakının təmin edilməsi üçün hərtərəfli şərait yaradılıb.

Demokratik.Az

Oxşar xəbərlər