Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Gürcüstanda qatar yandı
Gürcüstanda qatar yandı
- 18 dek 2016, 22:08
Gürcüstanda Kutaisidən Batumiyə gedən elektrik qatarında yanğın baş verib.
Axar.az xəbər verir ki, "Gürcüstan Dəmir Yolları” məlumata görə, dekabrın 18-də günorta saatlarında Kutaisidən Batumiyə gedən 682 nömrəli elektrik qatarında yanğın olub. Hadisə Xedcaliya kəndi ərazisində baş verib. Qatarın vaqonlarından biri alovlanıb. Qatar heyətinin və yaxınlıqda olan kənd əhalisinin vaxtında müdaxiləsi nəticəsində sərnişinlər təxliyə olunub, alov söndürülüb. Hadisə nəticəsində ciddi xəsarət alan olmayıb.
Görülmüş operativ tədbirlər nəticəsində dəmir yolunda qatarların hərəkəti bərpa olunub.
Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti