Bakıda yaşayış binasında yanğın-söndürüldü

  • 24 okt 2016, 09:30
Bakıda yanğın hadisəsi qeydə alınıb.
 
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində məişət tullantıları 6 m2 sahədə və elektrik kabeli  10 p.m yanıb.
 
Yanğın zamanı yuxarı mərtəbələrdən yanğınsöndürənlər tərəfindən 15 nəfər sakin təhlükəsiz əraziyə təxliyə olunub.  Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Oxşar xəbərlər