"AST Telman"ın qardaşı məhkəmə qarşısında...

  • 21 noy 2016, 15:49
Telman İsmayılovun qətldə ittiham olunan qardaşı Rafiq İsmayılovun həbsinə qərar verən müstəntiq adıgedən cinayət işindən kənarlaşdırılıb.
 
Lent.az-ın məlumatına görə, bu barədə qətlə yetirilən Vladimir Savkinin oğlu Roman Savkin yerli jurnalistlərə bildirilib.
 
Başqa bir məlumata görə, Rafiq İsmayılov bu dəqiqələrdə  Moskva vilayətinin Mojaysk rayon məhkəməsinə gətirilib. Zala onu yaxınlarından başqa heç kim buraxılmayıb. Məhkəmə yaxın saatlarda İsmayılovla bağlı qərar verməlidir.

***

Telman İsmayılovun qardaşı Rafiq İsmayılov qətlini sifariş verdiyi Vladimir Savkinə 5 milyon 500 min dollar borclu imiş. Bu barədə Rusiya KİV-ə istintaq orqanlarındakı mənbədən məlumat daxil olub. Mənbənin dediyinə görə, bir neçə il öncə onların Moskvada şərikli əyləncə mərkəzləri olub. Sonradan həmin mərkəzi satıblar. İsmayılov ümumi puldan 5 milyon 500 min dollar götürərək tezliklə qaytaracağını söz verib, amma qaytarmayıb.
 
Qətlə yetirilən Yuri Brilyov isə təsadüfən  hadisə yerində imiş. Savkin görüşə tək getməmək üçün dostunu da özüylə götürübmüş. Nəticədə hər ikisi killerin qurbanı olub. 

***
10:14

Azərbaycanlı biznesmen Telman İsmayılovun qardaşı Rafiq İsmayılov Rusiyada həbs edilib.

"Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, Rafiq İsmayılov paytaxt biznesmenlərinin güllələnməsində təqsirli bilinir. Hüquq-mühafizə orqanları İsmayılovu ticarət komplekslərinin sahibi Vladimir Savkin və " Lublino motors”un təsisçi Yuri Brilevin qətlində şübhəli hesab edir. İsmayılov və onunla əlbir olan Mehman Kərimova "iki və daha artıq şəxsin öldürülməsi” maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, hər iki qətl hadisəsi ötən il mayın 26- da baş verib.

Rafiq İsmayılov ittihamı qəbul etməsə də, istintaq killer Mehman Kərimovun qətl törədilən yerə İsmayılov tərəfindən gətirildiyini sübuta yetirib. Ehtimala görə, Vladimir Savkin  Rafiq İsmayılovla arasındakı sığorta və maliyyə mübahisəsinə görə öldürülüb. "Lublino motors”un təsisçi Yuri Brilevin isə təsadüfi qurban olduğu güman edilir.
Oxşar xəbərlər