"AST" Telmanın qardaşı həbs olundu-qətl işi

  • 21 noy 2016, 10:26

Azərbaycanlı milyarder Telman İsmayılovun qardaşı Rafiq İsmayılov Rusiyada həbs olunub.

 

APA-nın "dni.ru" saytına istinadən verdiyi məlumata görə, o, iki iş adamının qətlində günahkar bilinir.

``````````````

Xəbər verilir ki, Rafiq İsmayılov paytaxt biznesmenlərinin güllələnməsində təqsirli bilinir. Hüquq-mühafizə orqanları İsmayılovu ticarət komplekslərinin sahibi Vladimir Savkin və " Lublino motors”un təsisçi Yuri Brilevin qətlində şübhəli hesab edir. İsmayılov və onunla əlbir olan Mehman Kərimova "iki və daha artıq şəxsin öldürülməsi” maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, hər iki qətl hadisəsi ötən il mayın 26- da baş verib.

Rafiq İsmayılov ittihamı qəbul etməsə də, istintaq killer Mehman Kərimovun qətl törədilən yerə İsmayılov tərəfindən gətirildiyini sübuta yetirib. Ehtimala görə, Vladimir Savkin  Rafiq İsmayılovla arasındakı sığorta və maliyyə mübahisəsinə görə öldürülüb. "Lublino motors”un təsisçi Yuri Brilevin isə təsadüfi qurban olduğu güman edilir.
 
Demokratik.Az
Oxşar xəbərlər