Yaşayış binası partladı - Rusiyada

  • 06 noy 2016, 11:07
Rusiyanın İvanovo şəhərində yaşayış binasında baş verən partlayış olub. Partlayış nəticəsində 5 nəfər ölüb. Bunu İstintaq Komitəsinin Regional İdarəsinin nümayəndəsi Olqa Dolyeva bildirib.
Binanın dağıntıları altından 5 sakin xilas edilib, onlardan biri ciddi xəsarət alıb. Rusiya FHN-nin bölgə üzrə Baş İdarəsindən bildirilib ki, binadakı digər sakinlər təxliyə edilib:  
"Birinci blokdan 6 nəfər, ikinci blokdan isə 8 nəfər  təxliyə olunub, dağıntılar altından 5 nəfər xilas edilib, onlardan biri ciddi xəsarət alıb”,- deyə FHN-dən bildirilib. 
Həmçinin, dağıntılar altından iki nəfərin səsinin eşidildiyi bildirilir.  
Məlumata görə, dağıntının sahəsi 80 kv.m. təşkil edib. Partlayış qaz sızması nəticəsində baş verib və ikimərtəbəli yaşayış binası qismən uçub. 
Binada ümumilikdə 19 sakin qeydiyyata alınıb. 
 
APA
Oxşar xəbərlər